Son zamanlar insanları bir kənara qoy, yaşadığım mühit, dörd divar, tingələr, küçələr belə
yadlaşıb. Sivilizasiyadan kənar bir insan olmağa başlayıram artıq. Məni maraqlandırmır ki, sən nələr
çəkirsən, hansı dərdin sahibisən və yaxud da hansı dərd sənə sahibdir..Nəyimə gərəkdiye sənin
dərdlərin, fikirlərin? Ətraf dəyişdikcə müsbətə, yaxşıya getdikcə mən sürtünmə qüvvəsi kimi hərəkətin
əksinə doğru irəliləyirəm. Bəlkə də mənim getdiyim yoldu düzgün olan. Bəlkə də mənəm elə tək doğru
yolu tapan. Amma hardan bilə bilərəm ki, o yolu sona qədər gedə biləcəm ya bilmiyəcəm? Mən
ömrüm boyu həyat yolumda heç vaxt asfalt üzrə addımlamadım həmişə ən sərt olanı seçdim -
daşlı,kəsəkli yolu. Həmişə özümü ən pisə öyrətdim və bəlkə də bu səbəbdəndir artıq pessimist
düşüncələr sahibdir mənə, beynimə. Bilmirəm bu düşüncələrmidir məni sivilizasiyadan
kənarlaşdıram, özümü fərqli hiss etdirən. Amma bu nə qədər yaxşı da olsa bir o qədər də pis bir
şeydir. Hər şey sənə yadlaşır, qapanırsan içinə. Bəzən elə məqama yetişirsən ki, içindəkiləri qələmə
deməkdən qorxursan . Qorxursan ki, qələm də gedib kağıza deyər və kağız keçər hansısa dırnaq
arası dostların əlinə.
Susmaq lazımdır, şair. Bizi bu cəmiyyətdə yox anlayan, yox dinləyən. Artıq sətirlərə belə
sığınmaqdan qorxuram... Vida nöqtələri...Son saatlar..