Dünən Los-Ancelesdə 44-cü dəfə “Qızıl Qlobus” kino mükafatlarının təqdimetmə mərasiminin keçirildiyi haqqında xəbər vermişdik.
bu gün oxucuları qırmızı xalıda “Bvlgari”, “Lorraine Schwartz”, “Harry Winston”, “Cartier”, “Tiffany & Co.”, “Piaget”, “Repossi” kimi zərgərlik evlərinin milyon dollarlıq zinət əşyaları parlayan Hollivud gözəllərilə tanış edib.
Hətta “Qızıl qlobus" kimi nüfuzlu mükafatların təqdimat mərasimində bütün diqqətlər aktrisaların obrazlarına yönəlir. Ayıq-sayıq SEKILLER Hollivud gözəllərinin bahalı bəzək əşyalarını xüsusi olaraq çəkir. Axı onlar bu mərasimə aylar öncədən ciddi cəhdlə hazırlaşır.
Ulduzların hər birinin obrazına ayrı-ayrılıqda nəzər salsaq, görərik ki, onlar üstünlüyü iri bəzək əşyalarına veriblər. Məsələn, açıq sinə dekoltesini iri sırğalar sayəsində tamamlayıblar. Həcmli sırğalar hərəkətli işıqların altında möhtəşəm effekt yaradır. Komplekt zinət əşyalarından imtina ediblər, çünki stilistlər bildirir ki, sırğa, üzük və boyunbağının dəst olması vacib deyil. Üstəlik, artıq belə zinət əşyalarını taxmaq dəb deyil.
Yeri gəlmişkən onu da qeyd edək ki, Monika Belluççinin, Nikol Kidmanın, Haydi Klumun, Emili Ratajovskin, Sinea Milleri, Natali Portmanı və digərlərinin ziyafət libaslarını iri əlvan daşlar, mirvari, iri metallar, zümrüd və almazlar bəzəyib.
Olivye Kalpo - sırğalar "Lorraine Schwartz"