1. Qurtum-qurtum su için - su içmək hava yollarının nəmli qalmasını təmin edir. Selikli qişa varsa, onun asanlıqla çıxmasına kömək edir. Bütün öskürək siropları arasında ən güclüsü sudur. Bu səbəblə mövsümdən asılı olmayaraq, gündə 2 litr su için.
2. Cökə və ya itburnu çayı - öskürək şiddətlənəndə ilk növbədə bol bitki çayları içmək tövsiyə olunur. Çünki bitki çayları boğazı yumşaldır öskürəyi yüngülləşdirir. Tərkibindəki vitamin və minerallar immunitet sistemini gücləndirir. Cökə ilə itburnu kimi bitki çayları sayəsində quru öskürək də azalır. İçinə bal və limon əlavə edərək bu çayları gündə üç-dörd fincan için.
2. Sarıkök və zəncəfil - aarıkök yalnız mətbəxdə deyil, artıq tibbdə də istifadə olunur. Sarıkök orqanizmdə iltihab inkişafının qarşısını alır, pisxassəli hüceyrələri məhv edir. Zəncəfil isə virus və mikroblarla savaşan ərzaqdır. Bunları yeməklərə əlavə etməklə yanaşı, çaylarını da içə bilərsiniz. Ancaq gündə ən çox iki stəkan içməyiniz məsləhət görülür.
3. İsti duş qəbul edin - xüsusilə, burun tıxanması və boğaz quruluğu kimi hallarda bədənə yüngüllük gətirir. Həmçinin, nəfəs yollarının nəmini artıraraq öskürəyə qarşı təsirli olur.
4. Evin havasına diqqət edin - qış aylarında evlərin qızdırılması otağın nəmini azaldır. Evin ideal temperaturu 22 dərəcədir.
5. Süd məhsullarından az istifadə edin - hədsiz inək südü və pendir yemək selikli qişa istehsalını artırır. Bu səbəbdən, süd məhsullarını azaltmaqda fayda var.