Gözümüzlə görməsək,qısqanclıq və paxıllıq hissi ilə bu sözü deyən oğlan və qızların "Best model of the world"olduğunu düşünərik.Xarici görünüşünə görə insanları müqayisə və mülahizə etmək bəzi insanlara çox asan gəlir,ancaq bu insanlar düşünə bilmirlər ki,eşq sırf xarici görünüşdən ibarət bir şey deyil.Ayrıca,sırf xarici görünüşdən ibarət olsa belə bir insanı hər kəs eyni gözlə görə bilməz.Məsələn,sənə çox baxımsız gələn biri başqasının xəyallarını bəzəyən insan ola bilər və ya sənin axtardığın xüsusiyyətlərə malik biri başqasının gözünə çox çirkin görünə bilər.Həm də bəlkə sənin tipsiz dediyin oğlan səndən fərqli olaraq,öküzlük nümunəsi deyil,hər qızın xəyallarındakı kimi romantik,kitab,şeir xoşlayan biridir.Və ya bəlkə sənin bəyənmədiyin bu qız sənin əksinə,heç də ürəyində paxıllıq,kin olmayan,gözəl ürəyə malik birisidir.Həm sən özünə beləmi çox güvənirsən ki,başqalarını onlara yuxarıdan aşağı baxacaq dərəcədə tənqid edirsən?Bir gün sevgilin olanda sənin belə cahilcə,əssassız müqayisələrə aid edilməyəcəyin nə məlumdur?Odur ki,düşüncələrimizdə bir qədər dəyişiklik etmək lazımdır.Məsələn,bəzilərimiz bundan sonra yanından bir cütlük keçən zaman "heç yaraşmırlar"deyə düşünəcəyinə düz yolu ilə getməyi öyrənməlidir...