Qeydiyyat

İsti yay günlərində necə qidalanmalı?

139


Hava temperaturunun artması insanların qidalanma barəsində olan düşüncələrini dəyişir. Bəs isti havalarıda necə qidalanmaq lazımdır ki, qışdan çıxan orqanizm özünü rahat və gümrah hiss eləsin.
İsti və nəm hava orqanizmdə baş verən maddələr mübadiləsinə də öz təsirini göstərir. Bu zaman orqanizm bu havaya uyğunlaşmağa çalışır və orqanların funksiyalarında müxtəlif dəyişikliklər meydana gəlir. İsti havalarda yüksək arterial təzyiqdən, ürək çatışmazlığından, koronar damar xəstəliklərindən əziyyət çəkənlərin işi bir az da çətinləşir. Həddindən çox isti hava tərləməni artıraraq orqanizmdən su və mineral itkisinə səbəb olur. Bu zaman isə ürəkbulanma, baş hərlənmə, halsızlıq, huşun itməsi kimi problemlər meydana çıxır. İsti havalarda ən çox azyaşlı uşaqlarda bir sıra narahatçılıqlar meydana gəlir. Ən çox da uşaqlarda baş verən ishal valideyinlərin narahat olduğu problemlərdən biri olur. İsti havalarda qidalanma pozğunluqları yuxarıda adları çəkilən xəstəliklər riskinin artmasına səbəb olur. Ən çox isə yay aylarında meydana çıxan qida zəhərlənmələri insanların bu fəsildə necə qiddalanmaları barədə olan düşüncələrini artırır.
Yay aylarında sağlam qidalanma üçün məsləhətlər
1. Bütün fəsillərdə olduğu kimi gündə ən azı 3 dəfə qidalanmaq lazımdır.
2. Günə pozitiv bir səhər yeməyi ilə başlamaq lazımdır. Soyuq havalarda səhər yeməyi zamanı qəbul etdiyimiz şirniyyatları və un məmulatlarını yay aylarında az yağlı pendir və ağartı məhsulları ilə əvəz etmək lazımdır. Səhər yeməyi zamanı xiyar, pomidor, bibər kimi mövsümi tərəvəzlərdən qəbul etmək daha faydalıdır.
3. Günorta yeməyi zamanı yağda qızardılmış qidalara deyil, közdə bişmiş qidalara üstünlük vermək lazımdır.
4. İsti havalar səbəbindən meydana çıxan halsızlığı aradan qaldırmaq üçün tərkibi minerallarla zəngin qidalara üstünlük verilməlidir.
5. Qanda şəkərin miqdarını qaldıran qidalardan uzaqlaşmalı, şirniyyatlara və kakolu qidalardan uzaq durulmalıdır.
6. Kakaou və ləpəli dondurmaları südlü və qaymaqlı dondurmalarla əvəz etmək lazımdır.
7. Bol miqdarda su içməli. Su həyat əhəmiyyətli qidadır. Yay aylarında isə bu qidaya olan təlabat daha da çox olur. İsti havalarda az miqdarda su içmək orqanizmdə bir çox patoloji dəyişikliklərin meydana çıxmasına səbəb olur. Bu səbəbdən də yay aylarında gün ərzində ən azı 12-14 stəkan su qəbul edilməlidir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: