Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Senisevirem.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21 dərəcə isti, gündüz 24-29 dərəcə isti, Bakıda gecə 18-29 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq.
Təzyiq 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.