Qeydiyyat

Havanın temperaturu yüksəlir

1 269
Havanın temperaturu yüksəlir


#HAVA
Yanvarın 3-də Azərbaycan ərazisində hava şəraiti, əsasən, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun yarımadada gecə 0-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Bolme: Xeberler
Taglar: Samir
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: