Qeydiyyat

Səhər yeməyi həyatınızı xilas edə bilər

122


Səhər yeməyi çox zaman qida qəbulu baxımından günün ən vacib yeməyi sayılır. Bir araşdırma göstərib ki, səhər yeməyi insanın hətta həyatını xilas edə bilər.

Amerika Kardiologiya Kollecinin (American College of Cardiology) bu həftə açıqladığı araşdırmasında səhər yeməyi yeməməyin ürək-damar xəstəlikləri səbəbilə ölüm riskini artırdığı bildirilib.

Lakin araşdırmaya qarşı çıxanlar da var.

Müxtəlif ABŞ universitetlərindən tədqiqatçıların qatıldığı təcrübələrdə 1974-1988-ci illər arasında 40-75 yaş arası 6550 nəfər üzərində araşdırma aparılıb.

Araşdırmaya qatılanlardan səhər yeməyini mütəmadi olaraq yeyib-yemədikləri soruşulub.

Onlardan 5 faizi heç səhər yeməyi yemədiklərini, 11 faizi bəzən yediklərini, 25 faizi isə səhər yeməyini gec yediklərini deyib.

Tədqiqatçılar bundan sonra 2011-ci ilə qədər ölüm göstəricilərini araşdırıb. Həyatını itirən təcrübə iştirakçılarının 2318-də səhər yeməyi vərdişləri ilə ölüm nisbəti arasında əlaqə müəyyən edilib.

Siqaret və artıq çəki kimi risklər nəzərə alınsa belə, səhər yeməyi yeməyənlərin hər hansı səbəbdən ölüm riskinin 19 faiz, ürək-damar xəstəliklərindən ölmək riskinin isə 87 faiz artdığı müəyyən edilib.

"Araşdırma dəqiq nəticə deyil"
Səhər yeməyini yeməməyin insan sağlamlığına mənfi təsir etdiyi bilinsə də, alimlər bu təsirin detallarını hələ də araşdırır.

ABŞ alimlərinin bu araşdırmasına tənqidlər yönəlib.

İlgiltərənin Milli Səhiyyə Xidməti (NHS) araşdırmanı qiymətləndirərkən bildirib ki, səhər yeməyi yeməmək və ürək xəstəlikləri səbəbindən ölüm riski arasında birbaşa əlaqə sübut edilməyib.

Araşdırmada səhər yeməyi yeməyənlərin əvvəllər siqaret çəkdiyi, alkoqol qəbul etdiyi, fiziki aktivliyinin olmaması, düzgün qidalanmaması, sosio-iqtisadi vəziyyətlərinin daha aşağı olduğunu vurğulayaraq bu cür faktorların ürək xəstəliyi riskini artırdığını bildirib.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: