Qeydiyyat

Müntəzir xanımların xüsusiyyətləri

188


Xanımlar - zəirf və incə məxluqlardırlar. Ancaq unutmaq lazım deyildir ki, sadəcə hisslərlə yaşamaq kifayət deyildir.

Həyatda çox zaman hissləri kənara qoyub, ağılla qərar çıxartmaq lazımdır. İmam Zaman ağanın (ə.f) intizarında olan xanım - o xanımdır ki, müştərək həyatda öz həyat yoldaşı ilə həm ağılla rəftar edər, həm də hissləri ilə.

Bəs intizarda olan xanım necə olmalıdır?

1. Həyat yoldaşına itaət etməlidir. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər əmr vermək istəsəydim ki, Allahdan qeyrisi üçün səcdə etsinlər, həqiqətən qadına əmr edərdim ki, ərinə səcdə etsin".

Həzrət (s) bu nurani sözləri ilə kişinin ailədəki məqamını qadınlara tanıtmaq istəyir. Kişi - ailənin qəyyumudur, ailənin başqa üzvləri də gərək onun qəyyumluğunda olsunlar. Ona görə də dinimiz qadına bununla bağlı çoxlu tövsiyələr edir və ərinə itaət etməyi ibadət sayır.

İmam Sadiq (ə) buyurur: "Necə də xoşbəxtdir o qadın ki, ərini əziz tutar və onu incitməz və ona hər bir halda itaət edər".

İmam Əli (ə) buyurur: "Allaha and olsun ki, o zaman ki, Zəhrayi-Mərziyyə (s.ə) sağ idi, heç bir mövzuda mənə itaətsizlik etməzdi".

2. Allaha itaətdə ən yaxşı yavərdir. Qadının ən mühüm vəzifələrindən biri Allaha itaət etməkdə ərinə yavər olmaqdır.

Necə ki, İmam Əli (ə) buyurmuşdu: "Həyat yoldaşım Allaha itaət və bəndəlik yolunda ən yaxşı yavərimdir".

3. Ərindən gücü çatanı istəmək. Çox təəssüf ki, bu gün ailələr bir-biri ilə yarışır və israf etməkdə bir-birini qabaqlayırlar.

Halbuki, əgər yaxşı diqqət etsəydilər, başa düşərdilər ki, xərclədikləri şeylərin çoxu zəruri deyildir. Həzrət Zəhra (s.ə) həyat yoldaşına belə buyurmuşdu: "Ey Əbəl Həsən! Aləmlərin Pərvərdigarından həya edirəm ki, sizdən elə bir işi istəyim ki, gücünüz çatan deyildir".

4. Həyat yoldaşını gözəl adlarla çağırmaq. Qadınlar zərif və gözəl sözlərlə ərlənin qəblini fəth edə bilərlər. Həmçinin onları gözəl adlarla çağıra bilərlər.

Necə ki, Həzrət Fatimə (s.ə) buyurardı: "Ey Əbəl Həsən! Canım sənə fəda olsun və özüm qurban olum".

5. Yaxşı qadın xüsusiyyətləri. İmam Əli (ə) buyurur: "Ən yaxşı qadının beş sifəti olar: güzəştli, mülayim, uyğunlaşan, əri qəzəblənən zaman onu razı salmağa çalışan, əri olmayan zaman malını və abrını qoruyan".

Hulə adlı qadın ərinə itaətsizlik edir və əri bundan narahat olur. Hulə hər nə qədər çalışırsa, ərinin ürəyini ələ ala bilmir. Bu zaman Peyğəmbərə (s) təvəssül etməkdən başqa çarə görmür.

Peyğəmbər (s) bu hadisədən xəbərdar olanda, buyurur: "Ey Hulə! O qadın ki, namazlarını qılar, evindən az bayıra çıxar, ərinin istəklərinə əməl edər - Allah bütün keçmiş və indiki günahlarını bağışlayar.

Ey Hulə! O qadın ki, ərinin çətinliklərində və rahatlıqlarında səbir edər - Allah Qiyamət günü onu Eyyub peyğəmbərin (ə) xanımı ilə məşhur edər.

Ey Hulə! O qadın ki, ərinin hüzurunda və qeybində hərəmini qoruyar, özünü onun üçün bəzəyər - Qiyamət günü pak qadınlar kimi olarlar.

Bu qadınların əgər ərləri dünyada mömin olublarsa, Qiyamətdə də onlarla bir yerdə olar. Əgər onların ərləri mömin olmazsa, Allah onları şəhidlərin həyat yoldaşı qərar verər".
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: