Qeydiyyat

İmkansızlıqdan evlənməyənlər: evlənsəniz, imkanlı olarsınız

141


"(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir". ("Nur" 32).

Bəzi cavanlar imkansızlıq üzündən evlilikdən qaçırlar. Onların əqidəsinə görə əgər evlənsələr, ailəsini dolandıra biləməyəcəklər. Halbuki, İslam dini ailə qurmağa çox böyük əhəmiyyət vermişdir. İslam dini buyurur ki, əgər ətəyinin pak olmasını istəyirsənsə, evlən. Bu yolla həm dünya və həm də axirət səadətinə çatarsan.

Evliliyin çox sayda faydası vardır ki, İslam maarifində ona işarə edilmişdir. O cümlədən: nəslin artması, rahatlıq mənbəyi, təbii hisslərin təmin olması, ruzinin artması. İslam dini evliliyi ruzi və bərəkətin artması kimi qiymətləndirir.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Evlənin, çünki ruziniz artacaqdır".

Ailə quran hər bir insan etiraf edə bilər ki, evlənəndən sonra maddi vəziyyəti əvvəlkindən daha yaxşı olmuşdur. Alimlərin nəzərində evlilik müstəhəb əməllərdən biridir. Əgər kimsə evlənmək istəsə, İslam dini onu həmin şəxs üçün vacib edər. Bu cür insan təhsilini davam etdirmək və ya ruzi çətinliyi qorxusundan evliliyi tərk edə bilməz.

Bunu bilmək lazımdır ki, ruzinin artması Allah Təalanın iradəsindən asılıdır. Əgər mömin Allah rizası üçün evlənərsə ,Allah onun ruzi çətinliklərini aradan qaldırar.

Hədislərdə oxuyuruq ki, əgər insan yoxsuldursa və ya ehtiyaclıdırsa - evlənsin. Allah onu Öz fəzlindən bəhrələndirər. Onun maddi çətinliklərini həll edər.
Bu günün evliliyini Peyğəmbərin (s) dövründəki evlilik ilə müqayisə edək.

Əziz Peyğəmbərimizin (s) zamanında evlənmək istəyənlərin gözləntiləri daha məhdud və daha az idi. Az bir gəlir ilə bir ailəni idarə edərdilər. Ancaq həqiqət budur ki, bu gün bu gözləntilər artmışdır. Evliliyin başlanğıcında olan çox sayda gözləntilər çox sayda pulun yersiz yerə xərclənməsinə səbəb olar.

Yoxsulluq - nisbi bir mövzudur. Hər bir insan əgər özünü zəngin biri ilə müqayisə etsə, şübhəsiz ki, özünü yoxsul hesab edər. Nəticədə həyatdan razı qalmaz və Allah Təalaya naşükürlük edər. Nəticədə də İmam Səccadın (ə) buyurduğu kimi, ruzisi azalar.

Əgər biz başqalarının hüququna hörmət etməsək, Allah ruzimizdə olan bərəkəti bizdən alar. Bu mövzuya qonşuluq haqqı, qohum haqqı da daxildir.
İsraf və simiclik də ruzimizi azalda bilər. İmam Rza (ə) buyurur ki, gərək elə xərcləyəsən ki, nə israf edəsən və nə də simiclik edəsən.

Əgər yoxsul yaşayan insanların həyatına nəzər salsaq, görərik ki, lazımsız və istifadəsi az olan o qədər şeylərə pul xərcləyirlər ki, heç buna diqqət belə etmirlər. Bu gün belə xərclərin sayı xüsusi artmışdır.

Beləliklə deyə bilərik ki, evlilik həmişə zənginlik gətirmir. Ancaq hər bir halda insan evlənən zaman çox sayda nemətə malik olur.

Əgər maddi cəhətdən inkişaf etməsə belə, mənəvi cəhətdən çox inkişaf edər və bir çox ruhi xəstəliklərdən amanda qalar. Bunun özü də bir növ mənəvi ruzidir. Allaha bu yolda təkəvvül edək və ruzimizin artmasını Ondan istəyək.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: