Qeydiyyat

İslam dininin sülh dini olması barədə Quran ayələri

365


İslam dininin sülh dini olması barədə Quran ayələriSülh, dostluq və başqalarına ehtiram göstərmək - dinimizin əsasını təşkil edir. Düşmənlərimiz İslam dinini kobud və sərt din kimi göstərməyə çalışsa da, ancaq İslam dini həqiqətdə sülh və əmin-amanlığın keşiyində olan bir dindir. Quran da bu deyilənləri təsdiq edir.

Belə ki, buyurur: "Əgər onlar sülh və barışığa meyil göstərsələr, sən də ona meyil et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!". ("Ənfal" 61).

Bu ayə Allah Peyğəmbərə (s) xitab edərək buyurur ki, düşmənlərlə əvvəl sülh bağlamağa cəhd et. Çünki sülh istəyi İslam dininin ən mühüm istəyidir.

Başqa ayədə oxuyuruq: "Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir". ("Bəqərə" 208).

Bu ayə göstərir ki, sülhdə heç bir istisna yoxdur. İslam dini o zaman vuruşur ki, dinə və Qurana təhlükə hiss olunur. Hər kim sülhü aradan aparmaq istəyər - şeytanın ordusundan olar.

"Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxartmayan (kafir) kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Çünki, Allah ədalətli olanları sevir". ("Mumtəhənə" 8).

Bu ayə düşmənlərlə ədalətli rəftara dəvət edir. Bu yolla istəyir ki, paklıq və səfa möminlərin qəlbində hakim olsun. Bütün insanlar bir-birini qəlbən sevsinlər.

Bu cür nümunələr yüzlərlədir. Mübarək hədislərimizdə də bu barədə çoxlu buyuruşlar var.

Beləliklə deyə bilərik ki, İslam dini qətiyyən kobud və sərt bir din deyildir. Əksinə, həm öz davamçılarına və həm də başqa dinin davamçılarına qarşı rəhimli və sülhsevər bir dindir.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: