Qeydiyyat

Həddindən artıq qarpız yeməyin zərərləri açıqlandı

161


Qarpızı həddindən artıq yemək mədə-bağırsaq traktında və maddələr mübadiləsində problemlərə səbəb ola bilər.

Bu barədə Moskva Səhiyyə Departamentinin nümayəndəsi Viktoriya Yeqorova xəbərdarlıq edib.

Onun sözlərinə görə, qarpız yüksək qlisemik indeksə malikdir, bu səbəbdən gündə 500 qramdan çox yemək olmaz.

Həkim həmçinin mədə-bağırsaq traktının xəstəlikləri, böyrək daşları olduqda, şəkərli diabet və fərdi dözümsüzlük zamanı qarpızın qida rasionuna ümumiyyətlə daxil edilməməsi və ya ehtiyatla istifadəsi barədə xəbərdarlıq edib.

"Bundan başqa qarpızın bir yaşa qədər vermək tövsiyə edilmir, üç yaşa qədər uşaqlara isə ehtiyatla (gündə 50-80 qramdan çox olmamaq şərtilə) vermək olar", - deyə o, əlavə edib.

Mütəxəssis qeyd edib ki, qarpız qəlyanaltı və ya desert ola bilər, ancaq sidikqovucu təsirə malik olduğu üçün gecələr istehlak etmək məsləhət deyil.

Bununla belə qeyd edək ki, qarpızın faydalı xüsusiyyətləri də az deyil. "A", "C", "B" vitaminləri, maqnezium, beta-karotinlərlə zəngin qarpız ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir, yüksək qan təzyiqini aşağı salır. Bundan başqa bu giləmeyvə osteoartrid, revmatoidli artrid və astma xəstəliklərinin bəzi simptomlarını zəiflədir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: