Qeydiyyat

Gündə 15 ədəd püstə yeməyin faydaları açıqlanıb

406


Püstə yüksək kalorili və yağlı məhsuldur, lakin ürək-damar sisteminin işini yaxşılaşdırmaq, metobolizmi və maddələr mübadiləsini sürətləndirmək üçün qida rasionuna daxil edilməlidir.

Bu barədə rusiyalı dietoloq Tatyana Razumovskaya məlumat verib.

Onun sözlərinə görə, püstənin tərkibindəki əsas elementlərdən biri B7 və ya biotindir ki, bu da zülalları mənimsəməyə, yağları yandırmağa imkan verir, yəni maddələr mübadiləsində açardır.

"Əgər biotin kifayət etmirsə, saç və dəri əziyyət çəkir, depressiv əhval-ruhiyyə yaranır, "pis" xolesterol qanda arta bilər", - deyə dietoloq bildirib.

Mütəxəssis həmçinin püstənin tərkibində yüksək miqdarda kalium və maqneziumun qan damarlarını gücləndirməyə və ürək döyüntüsünü normallaşdırmağa kömək etdiyini vurğulayıb.

"Püstənin faydalarını artırmaq üçün gündə 15 ədəd yemək tövsiyə edilir. Uşaqların isə yeddi püstədən çox yeməməsi daha yaxşıdır", - deyə Korableva məsləhət görüb.

Həkim eyni zamanda bir çox qoz-fındıq kimi püstənin də allergiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Yeri gəlmişkən qeyd edək ki, antioksidantlarla zəngin olan püstə həm də orqanizmdə qocalma prosesini ləngidir, hüceyrələrin və dərinin cavanlığını qoruyur.

Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir. Bundan başqa qaraciyərə, nəfəs yollarına, gözlərin sağlamlığına müsbət təsir edir.

Püstə həmçinin afrodiziakdır - kişilərdə potensiyanı yaxşılaşdırır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: