Qeydiyyat

Pəhriz zamanı qidalar isti, yoxsa soyuq yeyilməlidir

490


Pəhrizə başlayarkən yeməyin temperaturuna əhəmiyyət vermədən ilk növbədə nəyi və hansı miqdarda yemək düşünülür. Düzgün həzm və istədiyiniz çəkiyə sahib olmaq üçünsə, istehlak edilən yeməyin temperaturu da mühüm rol oynayır.

ötən əsrin 80-ci illərində geniş istifadə olunan "soyuq pəhriz"in əsas qaydası qidanın soyuq, hətta bəzən buzlu formada yeməsi idi. Bu pəhriz sürətli arıqlamaq vəd etsə də əslində bu belə deyil. Çünki bədən enerjini təkcə yeməyi həzm etməyə deyil, həm də temperaturu tarazlamağa sərf edir. Bu pəhriz çəki atmaqdan çox disbakterioz və mədə-bağırsaq traktının ciddi problemlərinin yaranmasına səbəb olur.

Buna görə də ilk növbədə soyuq qidalardan imtina etməlisiniz. Soyuq yemək mədə-bağırsaq traktından daha sürətli keçir. Nəticədə zülallar amin turşularına parçalanmadan və həzm olunmadan bağırsaqlara daxil olur. Bu da ən yaxşı halda mədədə ağırlıq, ən pis halda isə disbakteriozun inkişafı, metabolik prosesin pozulması və hətta mədə-bağırsaq traktının ciddi xəstəlikləri ilə nəticələnir.

Yağda bişmiş istənilən yemək - un məmulatları, ət və ya tərəvəz isti yeyilməlidir. Soyuq olduqda, yağlar daha pis parçalanır, qarında narahatlıq və ağırlıq yaradır. Eyni zamanda, dietoloqlar da bütün bişmiş yeməklərin isti yeyilməsini tövsiyə edirlər.

Bu qayda yalnız kartof üçün istisnadır. Bişmə zamanı tərəvəzin tərkibindəki nişastada reaksiyalar baş verir ki, bu da yalnız soyuduğu zaman bitir. Bu səbəbdən kartofun soyuq halda istehlak edilməsi tövsiyə olunur.


Digər bir əsas qayda isə isti yeməyi soyuqla qarışdırmamaqdır. Bu birləşmə vaxtından öncə toxluq hissinin yaranmasına mane olur. Bu da insanı həddindən artıq yeməyə təşviq edir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: