Qeydiyyat

Mucadilə surəsində şikayət edən qadın və surənin adlanma səbəbi

138


Mücadilə surəsi Quranı Kərimin 58-ci surəsidir. Bu surə 22 ayədən ibarətdir və Mədinədə nazil olmuş surələrdəndir.

Bu surə həcmcə kiçik olmasına baxmayaraq bir neçə mövzunu əhatə edir ki, bunlar "zihar" (öz qadınından üz döndərmə), "nəcva" (pıçıltı ilə danışmaq) və məclislərdə ədəb qaydalarından bəhs edən mövzulardır.

Təfsirçilər bu surənin "Mücadiə" adlandırılmasının səbəbini bir qadının Peyğəmbərin (s) yanına gəlib öz həyat yoldaşından şikayət etməsi və bununla mücadilə etməsindən bəhs etiyi üçün belə adlandırılmasını qeyd edirlər. Surə bir qadının öz həyatı uğrunda apardığı mücadilədən bəhs edir.

Cahiliyyət dövründə kişilər öz qadınlarına sən mənim anama oxşayırsan deyirdilər və bununla da həmin qadınları həmişəlik özlərinə haram bilirdilər, hətta evdən belə qovurdular.

Həyat yoldaşından bu cür söz eşidən qadın etiraz olaraq peyğəmbərin (s) hüzuruna gedir və bu adətdən şikayət edir. Beləcə bu surədə bir qadının həyat mücadiləsindən bəhs edir. (Təfsir-Mizan)

Mücadilə surəsinin nazil olma səbəbi, əsas bəhsi və surənin bu adla adlandırmasının səbəbləri barədə "hawzahnews" xəbər agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına elektiron məktub ünvanlayıb.

Sual:

"Mücadilə" surəsində mücadilə ayələrinin nazil olma səbəbi nədir? - (hansılardır)

Cavab:

Təfsir-mizanın sahibi (Əllamə Məhəmməd Hüseyn Təbatəbai) yazır:

""Durrul-mənsurda" İbn Macə və İbn Əbi Hatəm bu hədisi səhih bilmişlər. Hədis Ayişədən nəql olunur. O deyir:

"Eşidən Allah böyükdür. Mən bir gün gördüm ki, Xulə binti Sələbə Allah rəsuluna (s) yaxınlaşdı. Onun (Xulə) peyğəmbərə (s) şikayət etdiyini eşitdim. O deyirdi:

-Ey Allahın rəsulu (s)! O (həyat yoldaşım) mənim ömrümü yeyib (istifadə edib), mən öz bətnimi onun ixtiyarına qoymuşam (övladım olub), indi ki yaşlaşmışam daha ona övlad verə bilmirəm məni "zihar"edir (imtina). Mən sənin yanında ondan Allaha şikayət edirəm!

Xulə oturduğu yerindən qalxmamış həzrət Cəbrail (ə) nazil oldu və bu ayəni gətirdi:

"(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!"

Əhli-sünnə mənbələrində bu barədə hədislər çoxdur, lakin ayənin nazil olmasına səbəb olan qadının öz adı, atasının adı və ərinin adı barəsində ixtilaf vardır. Ən məşhur olanı budur ki, onun adı Xulə, atasının adı Sələbə, ərinin adı isə Ous ibn Samit olub.""
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: