Qeydiyyat

Depressiya nədir?

125


İndiki vaxtda hər keçən gün bir az daha sıx rast gəlməyə başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyətlə ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar. Bazar ertəsi səhərləri yaşadığımız keçici çətinliklərdən, dərin romantik itkinlərin yaşandığı və psixiatr müdaxiləsi tələb edən ağır hadisələrə qədər bir çox narahatlıq depressiya olaraq adlandırılır.
İnsanlar zaman zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir.

Həyat boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur.

Depressiyanın əsas simptomlarına aiddir:
• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;

Depressiyanın əlavə simptomlarına aiddir:
• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.

Depressiv simptomların sayından və onların ifadə dərəcəsindən asılı olaraq ayırd edilir:
Yüngül dərəcəli depressiv epizod (F32.0)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 2 əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların heç biri əhəmiyyətli dərəcədə nəzərə çarpan olmamalıdır;

Orta dərəcəli depressiv epizod (F32.1)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 3 (əksər hallarda 4) əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların bir neçəsi əhəmiyyətli dərəcədə nəzərə çarpa bilər (əgər simptomlar çoxdursa, bu, mütləq kriteri hesab olunmur).

Ağır dərəcəli depressiv epizod (F32.2)
• Hər 3 əsas simptom müşahidə olunmalıdır;
• Bundan əlavə bir qismi ağır olmaqla 4 və ya daha çox əlavə simptom müşahidə edilir.

Depressiyanın müalicəsi
Depressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsi və psixoterapiya.
Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-biheyvioral psixoterapiya, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: