Qeydiyyat

Yuxusuzluq

206


Yuxusuzluq və ya yuxu pozuntusu demək olarki, hər kəsin qarşılaşdığı bir haldır. Yuxusuzluq sadəcə yuxu çatışmazlığı ilə xarakterizə olunmur. O eləcə də, yaxşı yuxu ala bilməmək və yaxud da yuxuya getməkdə çətinlik çəkmək, davamlı yata bilməmək, erkən oyanaraq yenidən yata bilməmək deməkdir.

Səbəbləri
-insanın yatmağa hazırlaşdığı əlverişsiz şərait, məsələn: səs-küy, soyuq yaxud isti, bərk və yaxud hədsiz yumşaq yataq;
-həyat tərzinin dəyişilməsi, səyahət və yaxud yeni mənzilə daşınma;
-işdə və ya evdə stress vəziyyəti;
-narahatlıq, depressiya.

Əlamətləri
Əgər insan stress vəziyyətində yata bilmirsə və bu hal ildə bir neçə dəfə baş verirsə, bu problemi özü həll etmək üçün cəhd göstərə bilər. Depressiya səbəbindən təkrarlanan yuxusuzluq epizodları, yaxud da insanın yata bilməməsi problemini özü həll edərək aradan qaldıra bilmirsə mütləq şəkildə həkim və ya mütəxəssis müayinəsinə müraciət etməlidir.

Nə edə bilərsiz?
Yəqinki sizə yeni və təbii yuxu rejimi, gümrahlıq bərpa etmək üçün bir neçə həftə tələb olunacaq. Aşağıdakı tədbirlərdən sonra effekt görmədiyiniz halda həkimə müraciət edin:
-axsamlar spirtli içkilər içməyin;
-siqaret çəkməyin, əsasən də yatağa uzanarkən. Çünki nikotin stimullaşdırıcı təsir göstərərək normal yuxu prosessinə və yatmağa mane olur;
-çalışın qəhvədən istifadə etməyin, yaxud da az istifadə edin. Kofein orqanizmdə 12-24 saat qalır. Unutmayın ki, qəhvədən başqa kofein şokolad, çayın tərkibində də var. Əgər siz kofeinin sizin yuxusuzluğunuza təsir göstərdiyinə əminsinizsə, o zaman yatmazdan ən az 12 saat qabaq kofein tərkibli məhsullar istifadə edin;
-bəzi dərmanların da yuxu strukturunu pozaraq yuxusuzluq yaratmasını nəzərə alın;
-yatmazdan qabaq çalışın hədsiz çox yeməyin

-xoşagəlməz toxluq hissi də yuxu pozulmasına səbəb olur. Yüngül qəlyanaltılarla kifayətlənməyə çalışın. Beləcə yuxu rejimini pozmadan aclıq hissini azaltmaq mümkündür.

-vanna və ya duş qəbulunu yuxudan 1-2 saat öncə edin. Bu prosedur əzələlərdəki gərginliyi götürərək yuxu gətirəcək;

-müntəzəm olaraq məşqlər edin. Bu yolla siz bədəndəki bütün gərginliyi götürəcək və səhərlər daha gümrah olacaqsınız. Bundan əlavə məşqlər sizdən çox enerji alacaq və axşama fiziki cəhətdən yorulacaqsınız, bu da öz növbəsində yuxu gətirəcək;

-yataq otağında qaranlıq və səssizlik olmalıdır. Lakin bəzi insanların kondisioner və digər səslərin təsiri ilə yatması istisna deyil;

-günorta yuxusundan imtina etmək daha məsləhətlidir. 4 saatlıq günorta yuxusu normal yuxu rejiminin strukturuna və yuxusuzluğa səbəb ola bilər.

Həkimlər nə edə bilər?

Yuxusuzluq səbəbindən çox insanlar bəzən həkimə müraciət etmək məcburiyyətəində qalır. Həökimlər də, öz növbəsində bu problemi dərman prepatlarının köməyi olmadan həll etməyə çalışırlar. Dərman qəbuluna zəruriyyət olduğu halda müraciət etmək olar.

Həkimlər yuxusuzluğun səbəbini araşdırdıqdan sonra lazımi müalicə təyin edəcəklər. Zəruri olduğu halda həkim yuxu gətirən dərmanlar təyin edə bilər. Həkim göstərişi olmadan bu dərmanlardan istifadə etmək olmaz. Onlardan uzunmüddətli istifadə asılılıq yaradır.

Bəzi hallarda isə ehtiyac olarsa həkim psixoloq müayinəsinə yönləndirə bilər.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: