Quranda bir çox ibarələr vardır ki, onların izaha, araşdırmaya ehtiyacı vardır. Bu ifadələrdən bir də "Quranəl-fəcr" kəlməsidir.
Bu kəlmə "İsra" surəsinin 78-ci ayəsində zikr olunub:
أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَىٰ غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا
"Günəşin batmağa doğru meyl etməsindən (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz qıl və Quranəl-fəcri də (qıl) . Çünki Quranəl-fəcridə müşahidə olunur."
Ayə namaz qılınmasından və bu namazın müşahidə olunmasından söhbət açır. Birinci günəşin günortadan sonra məğribə doğru meyl etməsinə işarə olunur. Bunlar Zöhr və Əsr namazlarına işarədir.
İkinci isə gecənin qaranlığına qədər olan vaxt zikr olunub ki, bu gecə yarısına qədər olan vaxtdır. Ayədə qeyd olunan "Fəcr" kəlməsi isə sübh vaxtıdır. "Quranəl-fəcr" isə sübh namazı deməkdir. Ayədə sübh namazının digər namazlar arasında xüsusi əhəmiyyətə malik olduğu və müşahidə olunduğu zikr olunur.
İmam Sadiq (ə) namaz barədə buyurub: Birinci vacib olan namaz Zöhr namazı olub. (Sonra İmam .ə. bu ayəni oxudu.) (Təfsiri-Nur)