Qeydiyyat

“And olsun əsrə!” – Qurani Kərim hansı zamanı nəzərdə tutur?

447


"Əsr" surəsi Quranın kiçik surələrindən biri olaraq andla başlayan surələrdəndir.

Mütəal Allah surənin əvvəlində əsrə and içir. Yuxarıda qeyd etdiyimiz təfsirə əsasən and içilərək işarə olunan hər hansı bir məsələnin özünə məxsus dərin mətləbi vardır.

Mərhum alim Murtəza Mutəhhəri də buna işarə edərək "Əsr" surəsinin təfsirində and içilən, xüsusi qeyd vurulan əsrin hansı zamanla əlaqəli olması barədə nəzərini bildirmişdir:

Quranda zamana and içilməsinə çox rast gəlirik. Bəzən gecəyə, bəzən gündüzə, bəzən də zühaya (günortaya qədər) and içilir. Bu zamanların adlarının çəkilməsinin hər birinin özünə məxsus hikmət və fəlsəfəsi vardır ki, and içilərək insana xatırladılır.

Qeyd olunan zamanların hər birinin insan üçün xüsusi qiyməti vardır. Qeyd olunan "Əsr" kəlməsində də xüsusi qəsd vardır. Elə isə bu kəlimədə hansı əsr (zaman) qəsd olunur?

Bu barədə əsas iki fikir vardır. Bunlardan birincisi gün ərzində olan zaman kəsiyidir. Bəziləri bunu günoradan sonra, bəziləri isə gündüzün son dörddə biri hesab edir.

Digər bir nəzər isə budur ki, burada bir dövr, tarixin zaman kəsiyi nəzərdə tutulur. Bu İslam Peyğəmbərinin (s) yaşadığı zaman da ola bilər, yaxud zaman ərzində tarixin daş dövrü, yaxud feodal dövürləri kimi bölgülər də aid ola bilər.

Burada sözü gedən mövzu peyğəmbərin (s) olduğu dövürdür. Allah Təala peyğəmbərin (s) olduğu zamana and içir. Bu insanlıq dövrü, kamillik dövrüdür.

Bu müqəddəsliyin rəngidir. Quran bu dövrün əhəmiyyətinə toxunaraq həmin zamana and içir. Bu elə bir zamandır ki, sonrakı zamanlara da təsir edir, baxmayaraq ki, bu zamanda müxtəlif pis hallar ola bilir.

Yəni tarixdə elə zaman olur ki, bu, zamanların qızıl dövrü olur. Digər dövürdə olan xeyir və yaxşılıqlar həmin dövrün məhsulu (nəticəsi) olur.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: