Qeydiyyat

Dünya sərmayələrinin işə yaramayacağı gün

631


إِنَّ الَّذِينَ كَفَرُوا لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُوا بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

"Əgər yer üzündə olan hər şey, üstəlik bir o qədəri də kafirlərə məxsus olsaydı və onlar bunu Qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, onlardan qəbul olunmazdı. Onlar üçün üzücü bir əzab hazırlanmışdır." (Maidə, 36).

İzah: Bu ayənin gözəl bəyanı göstərir ki, dünyada çox böyük hərisliklə öz sərmayələrini artırmağa çalışan, onu canlarından da çox sevən kafirlər Qiyamətdə: "Kaş bütün dünyanı verəydik, əvəzində Allah bizi ağır Axirət əzabından xilas edəydi", - deyə arzu edəcəklər. Bu bəyan hər bir qafil insanı oyadır ki, dünya malı ilə könlünü xoş tutmasın və özü üçün daha qalıcı azuqə tədarükü haqqında düşünsün.

Hədis: İmam Səccad (ə): "Qiyamət günü elə bir gündür ki, heç bir günah və sapmadan keçilməyəcək, heç bir fidyə və qarşılıq alınmayacaq. O gün üzrxahlıq və tövbə qəbul olunmayacaq. Yeganə mükafat yaxşı əməllər, yeganə cəza isə günahlar olacaqdır." (Kafi, c. 8, səh. 72, hədis: 29).
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: