Qeydiyyat

Bəla niyə gəlir?

435


عَنْهُ عَنْ أَبِيهِ عَنِ النَّضْرِ بْنِ سُوَيْدٍ عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: أَمَا إِنَّهُ لَيْسَ مِنْ عِرْقٍ يَضْرِبُ وَ لَا نَكْبَةٍ وَ لَا صُدَاعٍ وَ لَا مَرَضٍ إِلَّا بِذَنْبٍ وَ ذَلِكَ قَوْلُ اللَّهِ عَزَّ وَ جَلَّ فِي كِتَابِهِ- وَ ما أَصابَكُمْ‏ مِنْ مُصِيبَةٍ فَبِما كَسَبَتْ أَيْدِيكُمْ‏ وَ يَعْفُوا عَنْ كَثِيرٍ قَالَ ثُمَّ قَالَ وَ مَا يَعْفُو اللَّهُ أَكْثَرُ مِمَّا يُؤَاخِذُ بِهِ.

İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: "Agah ol ki,(insanın bulaşmış olduğu) günah olmadan nə vuran (atan)damar, nə büdrəmə, nə başağrısı, nə də bir xəstəlik olar.

Bu da (məhz) Allah-taalanın kəlamıdır: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər." (şura. 30)

Ardınca demişdir: "Allahın əfv etdiyi (güzəştə getdiyi) cəzalandıracağından daha çoxdur."

ŞƏRH: Müfəssirlərdən bəzisi qeyd etmişlər ki, ayədə qeyd edilən müsibətlər dünyada insana Allah tərəfindən yetişən cəzalara aiddir. Uşaqlar, dəlilər və günahsız insanların başına gələn bəla və müsibətlər bura aid deyil. Ayənin xitab obyekti onlar deyil.(Mustəfəvi)

Bu ayədə xitab məsum peyğəmbər və imamlara deyil, günah edənlərədir (Əlamə Məclisi) (onları ayırmaq üçün hədislər də qeyd edilmişdir).

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنْ حَمَّادٍ عَنْ حَرِيزٍ عَنِ الْفُضَيْلِ بْنِ يَسَارٍ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: مَا مِنْ نَكْبَةٍ تُصِيبُ الْعَبْدَ إِلَّا بِذَنْبٍ وَ مَا يَعْفُو اللَّهُ عَنْهُ أَكْثَرُ.

İmam Baqir (əleyhissəlam): "Elə bir bədbəxtlik (bəla) yoxdur ki, bəndəyə günah olmadan üz versin (Bəndə, adətən günah işlətdiyinə görə bəlaya düşmüş olar). Allahın onun barədə bağışladığı isə daha çoxdur."
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: