Qeydiyyat

Münafiqlik və Quranın bu barədə işarə etdiyi incə mətləb

311


Münafiq iki üzlü mənasındadır. Yəni hadisə və şəraitə uyğun olaraq simasını dəyişənlərə münafiq deyilir. Bu cür insanlar tarix boyu hər bir sahədə olmub, öz məkirli hiylələri ilə daim xəyanət etmişlər. İslamın ilkin çağlarından müsəlmanlar arasında münafiqlər dolaşmış, kafir və dinsizlərin vura biləcəyindən daha çox zərər vurmuşlar.

Qurani Kərim də münafiqlər barədə çox bəhs etmiş, onları məzəmmət olunanlar cərgəsində xatırlatmışdır. Hətta Quran münafiqin yerini cəhənnəmin ən aşağı təbəqəsi olduğunu da bildirir. Quranın bu cür tanıtması, münafiqin insanların ən alçağı olduğunu tanıtması deməkdir. Çünki onlar heç dəstədən deyllər, hər kəsin yanında bir sifətdə olurlar:

"(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmdə dərkil-əsfəldədir (ən aşağı təbəqədə). Sən heç vaxt onlara yardım edən tapmazsan!" (Nisa-145)

Quran münafiqləri bütün işlərində məzəmmət edir. Çünki onların əməlləri zahirdə düzgün görünsə də əslində onların niyyətləri xəbis və mənfəət üzrədir. Quran onların bir neçə əlamətlərini saymış, bu cür şəxslərin gizli sifətlərini incəlik və dəqiqliklə bəyan etmişdir. Bu ayələrdən biri də "Nisa" surəsinin 142-ci ayəsidir:

"Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər."

Münafiqlərin bir xisləti özlərini aldatmalarıdır. Quranın digər bir bəyanı "Onlar namaza durduqları zaman" ifadəsidir. Ayədə onların namaz qıldıqları zaman deyil, namaza durduqları zaman ifadəsi işlənib. Bu da o deməkdir ki, onlar namaz qılan deyillər. Həmçinin namaz tək zahiri əməli hökümdən ibarədt deyil, əksinə zahiri əməl ilə bərabər insanın niyyətində və qəlbində də olmalıdır.

Quran münafiqin sifətlərini və əməllərini bəyan etdikdən sonra isə əsl hədəflərini açıqlayır. Bu onların riyakarlığıdır. Riya, özünü göstərmək mənasındadır. Yəni münafiqin əsl məqsədi özünü göstərmək və öz mənfəətidir. Bu səbəbdən bu cür insanlara münafiq deyilir. Çünki bu kimi insan şəraitə uyğun dəyişə bilirlər.

Bu kimi insanlar bütün cəmiyyətlər üçün təhlükəlidir.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: