Qeydiyyat

Quranın möcüzə sahələri

458


Quranın möcüzə sahələri"Təhəddi" rəqibə öz gücsüzlüyünü üzə çıxarmaq üçün ona meydan oxumaqdır. "Təhəddi" dində bir termindir və möcüzələrin şərtlərindən biridir ki, ona görə peyğəmbərlər, onları və ya möcüzələrini inkar edənləri onların möcüzələrinə bənzər möcüzə gətirmələri üçün mübarizəyə çağırır.

Quranda inkar edənlər Quranın möcüzəsini və Peyğəmbərin (s) peyğəmbərliyini sübut etmək üçün mübarizəyə dəvət olunurlar. Onlardan Quranın Allah tərəfindən gəlməsinə inanmırlarsa, onu kimisini gətirmələri istənilib.

Qurani-Kərimdə 6 ayə bu məsələdən bəhs edir. Məsələn, surənin 34-cü ayəsində gəlib: "Əgər onlar (Peyğəmbərin müxalifləri və kafirlər) doğru deyirlərsə, qoy onun kimisini gətirsinlər".

Əsrlər keçib, bəzi insanlar Quranla, İslamla müxalifətçilik etsələr də, heç kim bu mübarizədə iştirak edə bilməyib.

Bilinməlidir ki, Quran möcüzəsi onun bəlağəti ilə məhdudlaşmır, müxtəlif möcüzə sahələrinə malikdir. Quran möcüzədir, çünki onda heç bir ixtilaf və ziddiyyət yoxdur.

Necə ki, Allah Nisa surəsinin 82-ci ayəsində buyurur: "Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar".

Quran, gələcək hadisələrdən də xəbər verdiyi üçün möcüzədir. "Rum" surəsinin ilk ayələrində olduğu kimi, Rumluların öz torpaqlarında məğlub olduqlarını və gələcəkdə qələbə çalacaqlarını xəbər verir.


O, həmçinin əsrlər sonra kəşf edilən elmlərin həqiqətlərini bəyan etdiyi üçün də möcüzə sayılır. Bitkilərin tozlanması kimi (Hicr surəsinin 22-ci ayəsində).

Cazibə qüvvəsinin bitkilərin böyüməsinə və nizamlanmasına və digər hadisələrə təsiri (Hicr surəsi, 19-cu ayə). Zəlzələ ilə dağların əlaqəsi (Nəbə surəsinin 10-cu ayəsi).

Quran Allahın sonsuz elm və hikməti əsasında nazil edilmişdir. Lakin bütün digər kitablar məhdud insan biliklərinə əsaslanaraq hər kəs tərəfindən yazılmışdır. Deməli, insan heç vaxt Quran kimi kitab gətirə bilməz.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: