Qeydiyyat

Dua ilahi mərhəmətin qazanılmasına səbəb olur

436


قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا

"De: "Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə də (əzab sizi) rahat buraxmayacaqdır!"" (Furqan, 77).

İzah: Əgər insanın dəyəri ibadət və bəndəlikdədirsə, demək, əslində Allaha ehtiyacın təzahürü olan dua insanların dəyərini göstərir. Buradan da yuxarıdakı ayənin mənası aydın olur. Allah bu ayədə bildirir ki, əgər sizin dua və yalvarışlarınız olmasaydı, sizə etina olunmazdı. Dua, həm insanı Allahı həqiqətən tanımağa, Onun əfv və mərhəmət sifətləri haqqında düşünməyə səsləyir, həm də Allaha münasibətdə bir növ təvazökarlıqdır. Bu izahdan aydın olur ki, hətta dua edildikdə hacətin qəbul olunmasını nəzərə almasaq belə yenə də dua fəzilətli ibadətdir və insanın (mənəvi) inkişaf və təkamülünə səbəb olur.

Hədis: İmam Baqirdən (ə) soruşdular: "Çox Quran oxumaq daha yaxşıdır, yoxsa çox dua etmək?" İmam (ə) buyurdu: "Çox dua etmək daha yaxşıdır". Daha sonra yuxarıdakı ayəni oxudu" (Biharul-ənvar, c. 9, səh. 229).
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: