Qeydiyyat

Allahın əzabından Onun özünə pənah aparaq!

395


Qurani-Kərim buyurur: "Qeybi və aşkarı bilən Allah! Allah Ona qoşulan şəriklərdən üstündür. De: "Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən, onda məni zalımların dəstəsinə daxil etmə, ey Rəbbim!"". ("Muminun" 92-94).

Bu ayələrdə Allah Öz sevimli peyğəmbəri olan İslam Peyğəmbərinə (s) dua və münacat etməyin yollarını öyrədir. Əslində Allah bu yolla bütün müsəlmanlara dua və münacat etməyi öyrətməyə çalışır. Hər kim Peyğəmbərin (s) ardıcılı olar, yaxşı bilər ki, əzab və İlahi cəza nədir. Kimlər bu əzaba düçar olmuş və aqibətlərini necə zay etmişdilər.

Allahın əzab verdiyi insanlar müşriklər və kafirlər olmuşlar. Onlar Allaha iman bəsləmədikləri üçün bu əzablara layiq olmuşdular.

Allah-taala bu ayələri ilə möminlərə xəbərdarlıq edir ki, hər kim Allahı, Qiyamət gününü inkar edər, kafir və müşriklərin sırasına qoşular. Özü Peyğəmbərinə (s) əmr edir ki, Ona müşriklərin və kafirlərin əzabına düçar olmamaq üçün dua etsin. Çünki bu əzabların bəziləri məhz dünyada insanlara nazil olmuş və onları yer üzündən silib aparmışdır.

Allah bu ayələri ilə eyni zamanda müşrik və kafirlərin də gözünü açmağa çalışmışdır ki, bəlkə qəflət yuxusundan ayılar və tövbə edərlər.

Hər bir halda heç kəs nə dünyada və nə də axirətdə İlahi əzabdan amanda deyildir. Ona görə də dualarımızda bu ayələrin bizə verdiyi dərsləri unutmayaq və Allahdan istəyək ki, bizləri bu əzablardan uzaq saxlasın. İlahi əzabdan nicat tapmaq üçün Allaha pənah aparaq!
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: