Qeydiyyat

Quranda niyə bəzən qissələrə müraciət edilir?

553


Qurani-Kərim kamil səma kitabı olaraq, bizlərə keçmiş ümmətlərdən, dinlərdən, peyğəmbərlərdən (ə), gələcəkdə baş verəcəklərdən, insanın xilqətindən, cin və şeytandan və başqa həqiqətlərdən xəbər vermişdir ki, insan bu məlumatları heç bir zaman ağlı vasitəsilə əldə edə bilməzdi.

Quranın tərbiyə üslubu bəzən elə olur ki, qissələr vasitəsilə bizə ibrət dərsləri verər və doğru yola hidayət edər.

Təfsirçilərin nəzərinə görə, Quran qissələrini iki dəstəyə bölmək olar: tarixi qissələrə və insanın xilqətinə aid olan qissələrə.

Quran bizə keçmiş dinlərdən və bu dinlərin davamçılarından, inkar edənlərindən və peyğəmbərlərin (ə) həyat hekayələrindən qissələr şəklində bəhs etmişdir.

Buna bariz nümunə olaraq Yusif peyğəmbərin (ə) həyatını misal göstərmək olar. Həzrət Yusifin (ə) uşaqlıq dövründən tutmuş, Misirin əzizi olmağa qədər olan hadisələri müxtəlif surələrdə qissələr şəklində bizə xəbər vermişdir.

"Ey mənim iki zindan yoldaşım! Amma (yuxularınızın yozulmasına gəldikdə,) sizdən biriniz (azad olacaq və) öz ağasına şərab içirəcəkdir.

O birisi isə dar ağacından asılacaq və quşlar onun başından (beynindən) yeyəcəklər. Siz iki nəfərin, yozumunu istədiyiniz işin hökmü (Allah tərəfindən) verilmişdir və onun baş verməsi qətidir". ("Yusif" 41).

Bu qissə vasitəsilə Uca Allah bizlərə demək istəyir ki, zindanda olan bu məhbuslar Allahı qəbul etmişdilər, baxmayaraq ki, bütpərəst idilər.

Müqəddəs Quranın nəzərinə görə, tarix davamlı olaraq Allahı qəbul etməklə birlikdə irəli getmişdir. Quran bəyan edir ki, tarixçilərin qədim insanların Aya və Günəşə pərəstiş etməkləri, Allahı tanımamaqları barədə iddiaları səhvdir.

Əslində, belə olmamışdır. Əslində insan yarandığı zamandan bəri Allahın kim olduğunu yaxşı bilmiş və peyğəmbərlərin (ə) dəvətini qəbul etmişlər.

Buna görə də deyə bilərik ki, bütün millətlər hələ qədim zamandan bəri, fitrətən də olsa, Allahı qəbul etmişdilər. Ancaq sonra müşrik olmuşdular. Peyğəmbərlər (ə) də məbus olaraq, onları bu şirkdən uzaqlaşdırmışdılar.

Quranın ikinci dəstə qissələri insanın xilqətinə aiddir. Həzrət Adəmin (ə) və Həvvanın yaradılışına, zərr aləminə, insanın torpaqdan xəlq olmasına, mələklərin səcdəsinə...

Bu qissələr deyir ki, sizi Allah xəlq etmişdir. Halbuki, əvvəl zərr aləmində idiniz və insan şəklinə düşməmişdiniz. Allah Təala sizdən əhd alaraq dünyaya gətirdi, sizə təkamülə çatmaq üçün yollar göstərdi, peyğəmbərlər (ə) göndərdi.

Sizin sonunuz da Allaha tərəfdir. Çünki bu dünya fanidir. Ancaq Allah sizi cavidan varlıq olaraq xəlq etmişdir. Ona görə də dünyaya bağlanmayın və axirətinizi düşünün.

"Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam". Dedilər: "Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?!

Halbuki, biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyib və nöqsanlardan) pak bilirik." Allah buyurdu: "Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şey bilirəm"". ("Bəqərə" 30).

Bəs niyə qissə?

Ona görə ki, insan qissəyə qulaq asmağa, nəsihət və tövsiyə eşitməkdən daha meyillidir. Allah insanı yaratdığı üçün, onun maraq dairəsindən və meyillərindən də xəbərdardır.

Bu səbəbdən insanı qəflət yuxusundan ayıltmaq üçün Allah Təala məhz qissə danışaraq, insanlarda maraq hissi oyadır və bu qissələrdən nəticə çıxarda bilən insanlara isə ibrət dərsləri vermiş olur.

Ona görə də Quranın bu qissələrinin fəlsəfəsindən qafil olmayaq və bu haqda təfəkkür edib, ibrət dərsləri alaq.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: