Qeydiyyat

İmam Hüseynin ərəbə sualları və hədiyyəsi

395


Bir gün İmam Hüseyn (ə) Peyğəmbər (s) məscidinin bir küncündə əyləşmişdi.

Bir ərəb ona yaxınlaşıb dedi: "Ey Allah Rəsulunun oğlu! Mən gərək diyə verəm, ancaq onu verməyə gücüm çatmır. Öz-özümə dedim ki, ən kərim insandan bu pulu istəyəcəyəm. Səndən kərim olanını tapa bilmədim".

İmam (ə) buyurur: "Ey ərəb qardaş! Mənim sənə 3 sualım olacaqdır. Əgər onun birinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisinə cavab versən, yarısını verəcəyəm. Əgər üç sualın üçünə də cavab versən, həmin pulun hamısını sənə verəcəyəm".

Ərəb deyir: "Sizin kimi bir insan mənə sual verəcəkdir? Siz ki, elm, şərafət əhlisiniz.

Sual verin. Əgər bilsəm, cavab verəcəyəm, yox, əgər bilməsəm, sizdən cavabını öyrənəcəyəm".

İmam (ə) buyurur: "Hansı əməl daha üstündür?".

Ərəb deyir: "Allaha iman bəsləmək".

İmam (ə) buyurur: "Müsibətdən çıxış yolu hansıdır?".

Ərəb deyir: "Allaha etimad edib, təvəkkül etmək".

İmam (ə) buyurur: "Hansı şey kişiyə zinət verər?".

Ərəb: "Təvəkküllə birlikdə olan səbir".

İmam (ə): "Əgər elmi olmasa, necə? Hansı şey zinət verər?".

Ərəb: "Səmadan ildırım çaxar və onu atəşə bürüyər ki, buna layiqdir".

İmam (ə) bu sözlərdən gülümsədi və içərisində min qızıl sikkə olan kisəni ona verdi.

200 dirhəm dəyəri olan üzüyünü ona bağışlayıb, buyurdu: "Qızılı borclu olduğun şəxsə ver və üzüyün pulu ilə gündəlik ehtiyaclarını təmin et".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: