Qeydiyyat

Bəla və xəstəlikləri dəf etməyin asan yolu

454


Bir nəfər İmam Kazımın (ə) yanına gəlir və deyir: "Ailə üzvlərim 10 nəfərdir ki, hamısı xəstədir. Bilmirəm nə edim və onları bu bəladan necə xilas edim?".

Həzrət (ə) buyurur: "Onları sədəqə və ehtiyacı olan möminlərə Allah yolunda ehsan etməklə müalicə et. (Ehtiyacı olanlara sədəqə ver və ondan isə ki, dua etsin) ki, heç bir şey sədəqə kimi tez bir zamanda hacəti yerinə yetirməz. Xəstə üçün heç bir şey sədəqə qədər faydalı deyildir".

Hədislərdə oxuyuruq ki, Allah həsənələri mələklərin vasitəsilə əldə edər, sədəqədən başqa. Sədəqəni verənin əlindən özü alar. Bu səbəbdən bəzən İmam Səccad (ə) yoxsula yardım edər və mübarək əllərini iyləyərək, deyərdi: "Bu əl, İlahi ələ dəymişdir".

Allah Təala Quranda buyurur: "Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!". ("Tövbə" 104).

İmam Baqir (ə) buyurur: "Sədəqə 70 bəlanı insandan uzaqlaşdırar. Həmçinin pis ölümü insandan dəf edər. Sədəqə sahibi heç bir zaman pis ölümlə dünyadan getməz".

Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqə və sileyi-rəhm şəhərləri abad və ömürləri uzun edər".

Əmirəl-möminin (ə) İmam Həsənə (ə) buyurur: "Əgər kimsə sizin yükünüzü qaldırsa və min il çiynində gəzdirsə və ehtiyacın olan zaman sənə versə, (bil ki) bu işi sədəqə insan üçün yerinə yetirər".

Sədəqə insana çox sayda fayda gətirər. Onu bəla və xəstəliklərdən qoruyar, ruzisinin artmasına səbəb olar, ömrünü uzadar, günahlarının bağışlanmasına səbəb olar və yoxsulluğu həmin şəxsdən uzaqlaşdırar.

Ona görə də Məsumların (ə) tövsiyə etdiyi kimi, bəla və xəstəliklərimizi sədəqə ilə müalicə etməyə çalışaq.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: