Qeydiyyat

Bəlanı dəf etməyin 6 yolu

385


Qarşıdan gələn bəlaları dəf etmək üçün nə edək?

1. Dua. İmam Əli (ə) buyurur: "Bəla dalğalarını daxil olmazdan əvvəl dua ilə dəf edin".

İmam (ə) yenə buyurur: "Həqiqətən də dua və bəla Qiyamət gününə qədər bir-biri ilə rəfiqdirlər və dua möhkəm bəlaları geri qaytarar".

İmam Səccad (ə) buyurur: "Dua nazil olan və nazil olmayan bəlaları dəf edər".

2. Sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqə bəlanı aradan aparar və ən təsirli dərmanlardandır. Həmçinin qəti qəzanı geri qaytarar. Dərd və xəstəlikləri dua və sədəqədən başqası aradan aparmaz".

3. Sileyi-rəhm. İmam Əli (ə) buyurur: "Sədəqə və sileyi-rəhm ilə günahlarınızı pak edin və özünüzü Allahın məhbubu edin".

"Sileyi-rəhm evləri abad, ömürləri uzun, Qiyamət hesabını asan edər və pis, vaxtsız ölümü uzaqlaşdırar".

4. Valideynə yaxşılıq etmək. İmam Baqir (ə) buyurur: "Gizli sədəqə Allahın qəhr alovunu söndürər. Valideynə yaxşılıq etmək və sileyi-rəhm ömrü uzun edər".

"Gizli sədəqə və ata-anaya yaxşılıq etmək yoxsulluğu aradan aparar, ömrü uzun edər və 70 növ pis ölümü uzaqlaşdırar".

5. İsitğfar. Quran buyurur: "Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir". ("Ənfal" 33).

6. Təvəssül. İnsanların İlahi qürb məqamına çatması və hacətlərinin yerinə yetməsi üçün vasitələr lazımdır. Məsumlar (ə) bunun üçün ən yaxşı vasitələrdir.

Din alimləri adətən işləri düyünə düşəndə bu məsum insanlara təvəssül edir və onları vasitə qərar verirlər.

Həzrət Adəmin (ə) tövbəsi də məhz beş Ali-Əbanı (ə) vasitə qərar verdiyi üçün, Allah-taala tərəfindən qəbul olmuşdu.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: