Qeydiyyat

İstixarə nədir və ona əməl etmək vacibmidir?

422


İstixarə insanın görəcəyi və ya görməyəcəyi işdə olan dünya və axirət məsləhətinə işarə edir və bu baxımdan insan istixarənin onun xeyirini aşkar edəciyni gözləməməlidir.

İstixarə mövzusunun cəmiyyət arasında şöhrətli olması və çoxlu sayda insanların istixarəyə müraciət etməsinə baxmayaraq bu məsələ yenə də sual dairəsinə çevrilib və bir çoxları üçün istixarənin mənası aydın deyil.

Bu səbəbdən dini-əqidəti işlər üzrə ekspert hüccətul-İslam Əlirza Hüseyni ilə istixarə haqqında müsahibəni sizə təqdim edirik.

İstixarənin mənası nə deməkdir?

İstixarə əslində "xeyir istəmək" mənasınadır və dini termində isə Allah Taaladan xeyir istəmək mənasınadır.

Şiə və sünnü hədislərində də bu kəlmə iki mənada işlənib: biri ümumi məna kəsb edir yəni bütün işlərində Allah Taaladan xeyir istəmək, yəni yaxşı olar ki, mömin şəxs bütün işlərində Allahdan xeyir istəsin və hər bir işini Allahın öhdəsinə buraxsın, Allahdan istəsin ki, işlərini xeyirə mübəddəl etsin. İstixarə bu mənada məsləhətləşmə deyil həqiqətdə dua etmək mənasınadır.

Ikinci məna isə xas bir məna kəsb edir; belə ki, mömin müəyyən bir iş görmək istəyərkən bilmək istəyir ki, o gördüyü iş onun xeyrinədir ya yox, istixarə bu mənada Allah Taala ilə məsləhətləşmə və Allahdan məsləhət alma mənasını verir. Camaat arasında yayılan istixarə də elə bu mənayadır.

Hədislərimizdə istixarə etməyin necəliyi barədə bir çox növlər bəyan edilib, misal olaraq Quran ilə istixarə etmək barədə beşdən çox növ qeyd edilir, təsbeh ilə istixarə etmək barədə altıdan çox növ bəyan edilib, kağız ilə istixarə etmək barədə 9-dan çox növ bəyan edilib, namaz və dua ilə istixarə etmək barədə 5-dən çox növ bəyan edilib, xırda daş ilə istixarə etmək barədə 5-dən çox növ qeyd edilib və sair.

Ən tanınmış istixarə növü isə Quran və təsbeh ilə olan istixarə növüdür və şeyx Abbas Qummi (r.ə) də Məfatih kitabında bu barədə söz açıb.

İstixarənin müəyyən şərtləri varmı və hər bir işdə istixarə etmək olarmı?

Şübhəsiz ki, Allah Taalanın vacib və haram buyurduğu işlərdə istixarə etmək tam mənasız bir əməldir. Hətta məkruh sayılan işlərdə də istixarənin yeri yoxdur; hər bir dəyərsiz və əhəmiyyətsiz olan işlər də belədir.

Həmçinin ağıl, məntiq, elm və məsləhət yolu ilə həll edilə bilən işlərdə də istixarənin heç bir dəyəri və yeri yoxdur. Bu əsasla, məsələ barədə tam düşünüb məsləhət alandan sonra və adi həl yollarını keçəndən sonra tərəddüddə qalan zaman istixarə etmək mümkündür.

Diqqət olunmalıdır ki, istixarə barədə olan hədislərdə əsasən, işin xeyirli olub olmaması və ya işin görülüb görülməmsi barədə söz açılıb və bundan artıq heç bir bəyan edilməyib.

Bu əsasla, insan istixarənin onun xeyirini aşkar edəciyni gözləməməlidir və istixarə insanın görəcəyi və görməyəcəyi işdə olan dünya və axirət məsləhətinə işarə edir.

İstixarədən alınan cavaba əməl etmək vacibmidir?

İstixarədən alınan cavaba əməl etmək heç də vacib deyil və günah həm hesab edilmir sadəcə alimlər deyirlər ki, istixarə edilərsə şəxsin istixarədə verilən cavaba əməl etməsi daha yaxşıdır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: