Aşağıdakı işlər məscid barədə müstəhəbdir:
1. Məscidi təmizləmək və abadlaşdırmaq;
2. Məscidə gedərkən ətirlənmək, pakizə və gözəl libas geymək;
3. Ayaqqabı və ayaqdan nəcisə aludə olmamaq üçün muğayat olmaq;
4. Hamıdan tez məscidə getmək (daxil olmaq) və hamıdan axırda məsciddən çıxmaq;
5. Məscidə girərkən və çıxarkən dili zikrli və qəlbi xüşulu olmaq;
6. Məscidə girən kimi təhiyyət (ehtiram) niyyəti ilə iki rəkət namaz qılmaq.
Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.