Yəhya peyğəmbərin həyatı
Yəhya peyğəmbərin həyatı
Yəhya peyğəmbərin həyatı
Qurani-Kərimin "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələrində beş dəfə adı çəkilən həzrət Yəhya (ə) uşaqlıqda peyğəmbərlik məqamına çatan ilahi şəxslərdəndir.
Allah-Taala Qurani-Kərimin "Məryəm" surəsinin 12-ci ayəsində onun barəsində belə buyurur:
يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا
"Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət verdik."
Həzrət Yəhyanın atasının adı Zəkəriyya, anasının adı isə Əşyadır. Onun atası Zəkəriyya da ilahi peyğəmbərlərdən olub, bərəkətli ömrünü allahpərəstlikdə və insanları allahpərəstliyə dəvətdə keçirmişdir.
Zəkəriyya ilə həyat yoldaşı Əşya qocalıb əldən düşdükləri bir vaxtda Allah tərəfindən Yəhya adlı bir övlada sahib olacaqları ilə müjdələnirlər. O, bir gün həzrət İsanın (ə) anası Məryəmin ibadət otağına daxil olduqda, onun yanında cürbəcür yeməklər, fəsli çatmamış meyvələr görüb təəccüblənir.
Məryəmdən soruşur: "Ey Məryəm! Sənə bu ruzi haradandır?"
Məryəm deyir: "O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir." ("Ali-İmran" surəsi, ayə 35-37.)
Zəkəriyya bu mənzərəni və Məryəmin (ə.s.) Allah yanındakı məqam və ləyaqətini görüb müşahidə etdikdən sonra, öz həyat yoldaşı Əşyanın artıq doğuş dövrünü arxada qoymasına baxmayaraq, onun da bacısı Hənnənın qızı Məryəm kimi bir övlada sahib olmasını arzu edir. Zəkəriyya deyir:
رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء
"İlahi, mənə xeyir-bərəkətli, təqvalı və sağlam bir övlad əta et. Həqiqətən, Sən duaları eşidənsən!"
Zəkəriyyanın duası qəbul olur. Qurani-Kərimin "Ali-İmran" surəsinin 39-41-ci ayələrində bu haqda buyurulur:
فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ قَالَ رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ
"Mələklər Zəkəriyyanı öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər: "Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və salehlərin nəslindən olan bir peyğəmbərdir." Zəkəriyya dedi: "Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin sonsuz olduğu halda mənim necə oğlum ola bilər?!" Dedi: "Elədir, (amma) Allah istədiyini edir." Zəkəriyya dedi: "Ey Rəbbim, (zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə qərar ver." Dedi: "Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!"
Elə həmin gün Zəkəriyya dilinin quruduğunu və qətiyyən söz danışa bilmədiyini hiss etdikdə, mehriban və bağışlayan Allaha səcdə edir. Bu minvalla, Zəkəriyya peyğəmbər üç gün danışıq qabiliyyətini itirir. Nəhayət, Allah-Taalanın iradəsi gerçəkləşir, Zəkəriyyanın (ə) həyat yoldaşı qoca vaxtında hamilə olur və hamiləlik dövrü sona yetdikdən sonra Yəhya dünyaya göz açır.
Allah-Taala Yəhyaya elə uşaq ikən hikmət və peyğəmbərlik məqamını bəxş edir. Qurani-Kərimin "Məryəm" surəsinin 12-15-ci ayələrində buyurulur:
يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً وَكَانَ تَقِيًّا وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا
"Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə tut! Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik. (Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. O, təqvalı idi. Həmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi. Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq."
HƏZRƏT YƏHYA VƏ QEYRİ-QANUNİ İZDİVACLA MÜBARİZƏ
Yəhya peyğəmbərin dönəmində Fələstinin bütpərəst və fasiq hakimi Herodis öz qardaşının (qızı və yaxud) həyat yoldaşı Hirodiyaya aşiq olur. Herodis onu zorla özünə zövcə etmək üçün qardaşından alır. Onun bu işinə kimsə etiraz etmədikdə, Yəhya dillənir: "Bu iş düzgün deyil! O, belə bir iş görə bilməz, onun bu işi Tövratın hökmünə ziddir!"
Həzrət Yəhyanın səs-sədası bütün şəhəri bürüyür. Onun etiraz səsi Herodisin qulağına çatır. Herodis Allahın peyğəmbərini öz çirkin istək və arzularının müqabilində gördükdə, onu aradan götürmək qərarına gəlir. Lakin o, bu işi gerçəkləşdirmək üçün məftun olduğu qadından tələ kimi istifadə edir.
Bir gün padşah Hirodiyaya deyir: "Məndən nə istəsən, istəyini yerinə yetirməyə hazıram." Hirodiya deyir: "Mən Yəhyanın başını istəyirəm. Çünki o, mənim adımı dillərə atıb və hamı məndən, mənim pis qadın olmağımdan danışır. Əgər mənim ürəyimin rahatlığını istəyirsənsə, gərək onu öldürəsən!"
Beləcə, Herodis cəllada Yəhya peyğəmbərin başını kəsməyi əmr edir. Cəllad Allahın peyğəmbərinin başını bədənindən ayırır. Yəhya peyğəmbər otuz yaşında ikən şəhadətə yetir. O həzrətin başı Dəməşq şəhərinin Zübdani məhəlləsində, bədəni isə Dəməşqin "Came" məscidində dəfn olunur.

Fikirler (0)
Fikir Yaz
Oxsar Xeberler: