Qeydiyyat

Quran işığında: Şairlər…

392


Rəhman və Rəhim Allahın adı ilə

Peyğəmbər şair deyil, çünki şairlərə azğınlar tabe olur. Görmürsənmi, onlar hər vadidə avara dolanır, danışdıqları sözə əməl etmirlər?

Yalnız iman gətirib saleh işlər görən, Allahı çox yada salan, zülmə düçar olduqdan sonra yardım istəyənlər istisnadırlar. Zülm edənlər tezliklə biləcəklər ki, qayıdış yerləri haradır.

Ayələrin mesajı:

-Beyzavinin təfsirindən belə nəql olunur: Bu ayələrin nazil olmasının səbəbi cahiliyyət dövründə şerlərdə daha çox təxəyyüllərə, gözəl qadınların vəsfinə, eşq macəralarına, yersiz iftixarlara, söyüşə, başqalarının namusuna təcavüzə yer verilməsi olmuşdur.

-Həkimlə (hikmət sahibi ilə) şair arasında fərq budur ki, həkim öncə mənanı nəzərdə tutub sonra yazır, şair isə öncə qəlib və sözləri seçib sonra mənanı bəyan edir.

-Haqqın müdafiəsinə həsr olunmuş yaxşı şer rəvayətlərdə nizə ilə cihaddan üstün sayılmış və mədh olunmuşdur.

-Həzrət Peyğəmbər (s) buyurmuşdur: Şerlərdən bəzisi sehr kimidir, bəzisi hikmətdir.

-Həzrət Peyğəmbər (s) mübariz şair Həfsana buyurmuşdur: Ruhul-qudus səninlədir.

-Həzrət Peyğəmbər (s) səfərlərdən birində Həssanı çağırıb ondan şer oxumasını istədi. Həssan oxudu və həzrət dinlədi. Sonra o həzrət göstəriş verdi ki, məsciddə Həssana xüsusi yer ayırılsın.

-İmam Sadiq (ə) öz yaxınlarına buyurmuşdur: Uşaqlarınıza Əbdinin şerlərini öyrədin, o yaxşı şair və bizim məzhəbimizdəndir.

-İmam Sadiq (ə) buyurmuşdur: Bizim həqiqətimiz haqqında bir beyt şer yazan hər kəsə Allah behiştdə ev əta edər.

-İmam Sadiq (ə) buyurmuşdur: Oruc tutanın, ehram halında və ya hərəmdə olanın şer oxuması məkruhdur. Eləcə də cümə axşamı və cümə günü şer oxumağın kərahəti var.

-Rəvayətdə oxuyuruq: Cahiliyyət dövrünün ən düzgün şeri bu idi:

Haqdan savay hər nə batildir bil sən,

Gec-tez çıxasıdır hər nemət əldən.

-Rəvayətdə deyilir: Ayə nazil olduğu vaxt şairlərdən bir dəstəsi nigaran olub Peyğəmbərin (s) yanına gəldi. Həzrət buyurdu: Mömin qılıncı və dili ilə cihad edir.

Nur təfsiri, Şuəra surəsi, ayə 224-227
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: