Rəhman və Rəhim Allahın adı ilə
Firon öz qoşunu ilə onların ardınca getdi. Dərya onları bürüdü və bütünlüklə qərq etdi.
Firon öz qövmünü azdırdı və doğru yola aparmadı.
Ayələrin mesajı:
- Peyğəmbərlərin hərəkəti və mübarizə üsulu ilahi vəhyə əsaslanır.
- Qürbətdə izzət vətəndə zillətdən üstündür.
- Əgər çirkin mühiti dəyişə bilmiriksə, heç olmasa həmin mühitdən uzaqlaşaq.
- Peyğəmbərlərin göndərilməsində məqsədlərdən biri insanları zalım hakimlərin şərindən qurtarmaqdır.
- Zalıma qarşı ilk addım onun ətrafını boşaltmaqdır.
- Allah məhrumların yardımçısıdır.
- Xalqın hidayət və idarəçiliyi ilahi rəhbərlərin vəzifəsidir.
- Musanın möcüzəsi cəmiyyəti elə silkələdi ki, Firon özü onları təqib etməyə məcbur oldu.
- Dərya da təbiətin bir hissəsi olaraq Allahın qəhrinə və ya mehrinə tabedir.
- Cəmiyyət rəhbərlərinin və hakimlərin xalqın hansı yolu tutmasında mühüm rolu var.
- Azğın şüarları cavabsız qoymayaq. Firon öz əməl və rəftarlarına görə lazımınca cavab aldı. O nəinki xalqı doğru yola çəkmədi, əksinə azğınlığa sürüklədi.
Nur təfsiri, Taha surəsi, ayə 78,79