Qeydiyyat

Peyğəmbəri-Əkrəmdən olan bənzətmələr

363


Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar, hər kəs onunla müxalifətçilik etsə qərq olar. Mənim əshabım ümmətim üçün duzun yeməyə olan nisbəti kimidir.

Yemək də duzsuz düzəlməz. Mənim ümmətim yağışa bənzəyir; başdan ayağa xeyirdir. Məlum deyil əvvəli yaxşıdır yoxsa axırı. Mömin bal arısına bənzəyir; pak qidalar yeyər və pak bəhrələr verər.

Möminnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mömin dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir).

Kafirin halı düyünün sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb çıxarılanlar qədər. Möminlər dostluq və mehribanlıqda bədənin üzvləri kimidirlər.

Biri ağrıyan zaman o birilər də oyaq qalıb narahat olurlar. Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər an onu o tərəfə-bu tərəfə çevirir.) Quran bağlı dəvəyə bənzəyir, onu bağlasalar qalar, boş buraxsalar qaçar.

Qadın əyri qabırğa kimidir. Əgər düzəltmək istəsən sınar. Lakin həmin əyriliklə onu düzəltsən bəhrə apararsan. Saleh yoldaş ətir satan kimidir.

Sənə ətir verməsə də onun ətrinin xoş iyi sənə hopar. Pis yoldaş isə dəmirçi kimidir. Atəşinin qığılcımı sənə çatmasa da pis iyi sənə əziyyət verər. Vacib namaz tərəziyə bənzəyir.

Əgər tamam versələr, tamam götürərlər. Dünya ilə bizim məsəlimiz süvari kimidir: İsti gündə ağac kölgəsində dincəlib sonra hərəkət edər və kölgəni tərk edər.

Dünya ilə axirətin fərqi barmağın ucunda olan sümüyün dərya ilə müqayisəsi qədərdir. Barmağını dəryaya sal gör nə qədər su götürə bilirsən?
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: