Qeydiyyat

İftar verməyin savabı 1 qul azad etməyə bərabərdir

464


İftar verməyin savabı 1 qul azad etməyə bərabərdir


İslam dinimizin biz müsəlmanlara verdiyi göstərişlərdən biri də ehtiyacı olanlara və yoxsullara yemək verməkdir. Dinimiz buyurur ki, əgər qonşun acdırsa, sən tox ola bilməzsən. Gərək yeməyinin bir hissəsini onunla bölüşəsən.

Quran başqalarına yemək verməyi infaq hesab edir. Hər kim infaq əhli olar təqva kəsb edər, cəhənnəm atəşindən xilas olar.

"Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz. Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz.

Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz)". ("Fəcr" 17-19).

Yoxsullara yemək verməyin ən bariz nümunəsi kimi "İnsan" surəsini görmək olar. Allah bu əmələ görə Məsumları (ə) o qədər mədh edir ki, bu əməlin əhəmiyyətini daha yaxşı dərk etmək olur.

Yoxsullara yemək vermək - peyğəmbərlərin (ə) sünnətidir. Həzrət İbrahim (ə), Həzrət Rəsuli-Əkrəm (s) bu sünnətin bariz nümunələridir. "Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: "Salam (olsun sizə)". (Lakin öz-özlüyündə) "(bunlar) yad bir dəstədirlər" (dedi).

Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi. Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: "Yemirsiniz?!". ("Zariyat" 24-27).

Quranda oxuyuruq ki, Allah Peyğəmbərə (s) buyurur: "Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin". ("Həcc" 28).

Mübarək Ramazan ayında verilən iftar süfrələri də infaqın bir növüdür. Bu əməl cəmiyyətdəki məhəbbət və ülfəti artırır və qəlbləri bir-birinə yaxınlaşdırır.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, iftar verər - onun əcr və savabı oruc tutanların savabı kimidir".

İmam Kazım (ə) buyurur: "Oruc olan din qardaşına iftar vermək (müstəhəb) oruc tutmaqdan daha yaxşıdır".

Həzrət Peyğəmbər (s) "Şəbaniyyə" xütbəsində iftar vermək haqqında buyurur: "Hər kim bu ayda bir mömin oruc tutana iftar verərsə, Allah yanında savabı bir qul azad etməyə bərabərdir.

Həmçinin keçmiş günahlarının bağışlanmasına səbəb olar". Bir nəfər qalxıb sual verir ki, əgər bizim yemək verməyə imkanımız yoxdursa, onda həmin savab bizə çatırmı?

Həzrət (s) cavabında buyurur: "Allah Kərimdir. Bu savabı hətta o kəsə verər ki, oruc tutanın ixtiyarına bir qurtum süd, ya su və ya bir neçə xurma qoyar ki, orucunu iftar etsin".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: