Qeydiyyat

Spirtli içki və qumar

413


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız." (Maidə, 90).
İzah: Bu iki günahın cəmiyyətdə yayılması və onun ziyanlı nəticələrinə diqqət olunmadığı üçün mövzu ilə bağlı bəzi ayə və rəvayətləri diqqətinizə çatdırırıq. Fəsad törədənlərin təbliğatının əksinə olaraq sərxoşedici içki bütün dinlərdə haram olmuşdur.

Belə ki, tək onu içmək yox, hətta onun istehsalı yolunda addım atmaq, onu paylamaq və yaymaq da haram və lənətlənmişdir (Kafi, c. 6, səh. 396).

Allah heç zaman spirtli içkilərə - hətta xüsusi xəstəliklərdə və az miqdarda da - dərman özəlliyi verməmişdir. Qumar və mərcləşmə də çox sayda ictimai və iqtisadi ziyanlar törətdiyi üçün haram olunmuşdur.

Buna görə də qumarın aydın nümunələrindən (kart və s.) çəkinməkdən başqa, şübhəli hallarda da ehtiyatla davranmaq və dini mərcələrin fitvalarına müraciət etmək lazımdır. Rəvayətlərdə qumarbazlarla oturub-durmaq şiddətlə qadağan edilmişdir. Çünki qumarbazlar Allahın qəzəbinə gəlmişlər.

Hədis: İmam Əli (ə): "Allah ağılı qorumaq üçün kefləndirici içkiləri tərk etməyi vacib etmişdir." (Nəhcül-bəlağə, qısa kəlamlar: 252).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: