Şərab hara haram qılan ayə
Şərabı haram qılan ayə nazil olandan sonra bu hökm Həzrət Peyğəmbər (s) tərəfindən hamıya elan olundu və heç kimin şərab içməməsi barədə əmr müsəlmanlara bildirildi. Bir gün Peyğəmbər (s) küçə ilə gedərkən, müsəlmanlardan biri əlində şərab şüşəsi ilə o Həzrətlə (s) qarşılaşdı. Qabaqdan Peyğəmbərin (s) gəldiyini görəndə çox qorxdu və ürəyində Allaha yalvardı: "Allahım, bir də şərab içməyəcəyimə tövbə edirəm. Mən rüsvay eləmə!”. Peyğəmbər (s) ona çatanda, ondan şüşədə nə oldunu soruşdu. Kişi, sirkə olduğunu dedi. Rəsuli-əkrəm (s) əlini uzadaraq, "Ondan bir az əlimə tök” buyurdu. Kişi də şüşəni əyib tökdü və sirkə olduğu məlum oldu. Kişi bunu görəndə ağlamağa başladı və "Ya Peyğəmbər! Allaha and olsun ki, bu sirkə deyildi, şərabdı. Amma mən tövbə etdim və Allahdan məni rüsvay etməməsini istədim. Buna görə də belə oldu”. Həzrət Peyğəmbər (s) buyurdu: "Doğrudur, kim tövbə etsə, Allah onun pisliklərini yaxşı əməllərə çevirər: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” ("Furqan”,70).
Oxsar Xeberler: