Qeydiyyat

Allah rəhməti ilə rəftar eləsin, yoxsa ədaləti ilə?

450


Dünyada yaşayan hər bir insan az və ya çox halda xata və günahla üzləşmişdir. Quranın da buyurduğu kimi, bir gün buna görə İlahi məhkəmədə cavab verməli olacaqdır. Xatalar hətta əgər kiçik olsa belə, qətiyyən Allahdan gizli qalmaz.

Ona görə də alimlərin çoxu iddia edir ki, Allah bizimlə rəhmət və fəzli ilə rəftar etsin, ədaləti ilə deyil. Bəs niyə?

İlahi ədalət nədir?

Ədalətin lüğətdəki mənası etidallıq deməkdir. Yəni, ifratdan və təfritdən çəkinmək deməkdir. İmam Əli (ə) ədalətə belə məna vermişdir: "Ədalət (odur ki) hər şey öz münasib yerində qərar tutsun".

İlahi fəzl nədir?

Ancaq fəzlin mənası üstünlük, avantaj mənasını verir. Allahın fəzli - bəndələrinə etdiyi ətalardır. Lakin bu, o demək deyildir ki, bəndələr ona layiqdirlər. Ona görə də Hacə Tusi deyir: "Savab - Allahın fəzlindəndir, cəza - Onun ədalətindəndir".

Allahın bəzi fəzli bütün bəndələrinə şamil olar, ancaq bəzi fəzlləri vardır ki, ancaq xüsusi möminlərinə aid edilir.

Bəs bu ikisinin fərqi nədir?

İlahi ədalətdən heç kəs qaça bilməz. Ancaq kiçik imkan vardır ki, bəndələrini bağışlasın.

Ayətullah Müctehidi buyurur: "Allah bizimlə fəzli ilə rəftar edir. Əgər bizimlə ədaləti ilə rəftar etmək istəsə, işimiz xarab olar.

Avam bir nəfər deyir: "Allahım, biz bu qədər namaz qılır və oruc tuturuq, üstəlik də bizə minnət qoyursan? Allahım, bizimlə ədalətinlə rəftar et. İstəmirəm ki, fəzlinlə mənimlə müamilə edəsən".

Bir müddət sonra bu şəxs etdiyi cinayətə görə edam olmağa məhkum oldu. Zamanının peyğəmbəri (ə) ona deyir: "Sən Allahdan istəmisən ki, səninlə ədaləti ilə rəftar etsin. Bir gün sən bir iynəni çubuğa saldın və onunla milçəyin ayağını bağladın. Sonra həmin çubuğu yandıraraq o milçəyi edam etdin. Ona görə də indi də sən edam olmalısan. Çünki sən özün Allahdan istəmisən ki, səninlə fəzli ilə rəftar etməsin".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: