Ədalətin bir neçə növü vardır ki, onlarla tanış olaq.
Ədaləti dörd hissəyə bölmək olar.
1. Varlıq aləmindəki ədalət.
2. Qanun verən zaman ədalət.
3. Hökumət edən zaman ədalət.
4. Fərdi ədalət.
İlahi və İlahi olmayan ədalət.
1. Allahın yaradılış zamanı ədaləti - İlahi ədalətə misaldır.
2. İnsanlarla bağlı ədalət ki, fərdi və ictimai ədalətə bölünür.
4
İctimai ədalətin də növləri vardır: idarə ədaləti, iqtisadi ədalət, məhkəmə ədaləti, siyasi və mədəni ədalət.
Hər bir ədalətin də öz növləri vardır.
1. Xüsusi ədalət. Cəmiyyətdəki insanların bir-biri ilə rabitəsinə aid edilir.
2. Ümumi ədalət. İnsanların cəmiyyət, təşkilatlar... ilə rabitəsinə aid edilir.
Ədalətin bu qədər çoxsahəli olması ona görədir ki, insanlar cəmiyyətdə rifah və hüzur içində yaşasınlar.
Əgər cəmiyyətdə ədalətə riayət olunarsa, hər şey öz yerində olar və istər insanların fərdi rabitəsində olsun, istərsə də cəmiyyət və ya siyasət mövzularında ədalətə riayət olunarsa insanların həyatı xoş olar və heç kəsə zülm olunmaz.