Ustad Ənsarian buyurur: "Əgər mən kiminsə acı sözləri və sərt hərəkətlərinə məruz qalmışamsa və bu rəftara reaksiya verməsəm, İlahi əxlaq göstərsəm - qarşı tərəfin əsəbiliyi və qəzəbi yatacaqdır. Məndən üzr istəyəcəkdir. İlahi əxlaq odur ki, insan zahirdə də, qəlbində də həmin şəxsi əfv etsin. Sadəcə zahirdə əfv etmək İlahi əxlaq sayılmaz.
Aləmlərin Rəbbi bir insanı bağışlayan zaman onu ciddi şəkildə əfv edər, nəinki zahirdə. Yəni, qəlbdə İlahi əfvin əlamətləri olmalıdır.
Əgər kimsə ismət iddiasında olsa və desə ki, mən ömrümdə günah etməmişəm, səmadan xitab gələr ki, yalan deyirsən. Bəzilərinin məbudu puldur, sərvətdir, kürsüdür, şəhvətdir, qarındır. Onların həyat istiqamətləri bu yolda qurulmuşdur. Namaz qılır, Allaha ibadət edirlər, ancaq həyatlarının əsil istiqaməti bunlardır, Allah deyildir.
Bu məqsədə çatmaq üçün heç nəyi əsirgəməzlər. Ona görə də insan bu məbudlar sayəsində günaha batar.
Allah Təala Quranda möminlərə belə bir sual verir: "Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır". ("Nur" 22). Bu sualı kafirlərə, müşriklərə deyil, məhz möminlərə verir. Çünki onların Allahın müqəddəs varlığı ilə işləri olmaz.
Allah ki, heç bir zaman yalan deməz. Ona görə də möminin Allaha cavabı müsbət olmalıdır. Ürəyimiz istəyir ki, elə bu gün Allah günahlarımızı bağışlasın. Bəzi günahlar Allahla insan arasında olar, lakin günahların hamısı belə deyildir.
Quran buyurur: "Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlininzin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin". ("Bəqərə" 188).
Belə bir günah insanla mal sahibi arasında olar və tövbəsi də Allaha görə deyil, məhz mal sahibinə qarşı etdiyi günaha görə olar. Ancaq əgər namaz qılmırsa, oruc tutmursa və zəkat vermirsə - bu günah onunla Allah arasında olar. Bu günahlar üçün ancaq Allahın əfv etməsi lazımlıdır.
Beləliklə deyə bilərik ki, mömin o insandır ki, İlahi əxlaqa malik olar, yəni əgər əfv edirsə və bağışlayırsa gərək ciddi olsun və Allah kimi bağışlamağı bacarsın. Həm zahirində və həm də batinində. Hər kim başqa din qardaşını bağışlayarsa, Allah da onu bağışlayar".