Qeydiyyat

Evlərinizi xeyir bərəkətli edin – İmam Sadiqin (ə) tövsiyəsi

429


Ev, ailə kiçik cəmiyyətin kiçik modelidir. Daha doğrusu cəmiyyətin əsas bünövrəsidir. Fərdlər ailədə yetişib sonra cəmiyyətə inteqrasiya edir. Elə bu səbəbdən ailə sabitlik və bütövlük baxımından çox önəmlidir.

Quranda aləmlərin rəbbi olan Allah buyurur: "De: Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!" (Zümər-15)

Bəli Quran evin, ailənin sabitliyində, övladların gələcəyində ailə başçılarını məsul bilir və ailə başçılarını Quran əxlaqına, Quran xeyir bərəkətinə çağırır.

Ailənin düçar olduğu pis aqibətinin səbəbini valideynlərin Allahdan, ilahi əxlaqdan uzaq düşmələrində ğörür. Əgər hər kəsdə Allahı tanımaq hissi həqiqi olsa heç kim bir biri ilə ixtilaf və düşmənçilik etməz. Çünki imanı buna yol verməz.

Ailədə Allaha təvəkkül və iman hissi olrsa, o zaman bu əxlaqi dəyərlərlə formalaşar, qarşıya çıxan hər bir maneəni Allaha etimadla dəf edər.

İmam Sadiq (ə) Allaha iman və etimad əsasında olmayan, Quran əxlaqı olmayan evi əmin ev bilmir və buyurur:

"Allahın Quranı oxunmayan, Allahın adı zikr olunmayan ev bu 3 giriftarçılığa düçür olar:

Evin bərəkəti azalar

Allahın (xeyir) mələkləri ordan uzaqlaşar

Şeytan ora müsəllət olar (ailəyə nizamsızlıq, ixtilaf düşər). (Kafi- 2/499)

Xeyir bərəkət tək çoxluq, maddı imkanın bol olması demək deyil. Xeyir bərəkət bütün bunlarla yanaşı aramlıq, isti mühit və mənəviyyat deməkdir. Allahın lütfü, inayəti, məhəbbəti, ehsanı, nuraniyyəti deməkdir. Hər bir ailə başcısı ailənin geyim, ərzaq, dolanışıq işlərinə məsul olduğu kimi, ailənin aramlığına, sabitliyinə, əxlaqi-mənəvi, dini dəyər və düşüncələrinə, dünyaya düzgün baxışına da məsuldur.

Elə isə xeyir bərəkətin tək yolu Allaha iman və Onun "Kitabına" möhkəm tutunmaqdır!
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: