Möminin üstün sifətləri çoxdur. Zahidlik və qənaət elə sifətlərdir ki, gərək mömində ən çox o sifətlərə rast gəlinsin. Xüsusilə də əgər insanlara rəhbərlik edir və beytul-mala nəzarət edirsə.
Əmirəl-mömininə (ə) xəbər verirlər ki, onun işçilərindən biri ki, adı Şərih Qazi idi, 80 dirhəm məbləğində ev satın almışdır. İmam (ə) onu yanına çağırır və qəzəbli baxışlarla ona buyurur: "Əgər evi satın alan zaman mənim yanıma gəlsəydin, sənə elə bir sənəd yazardım ki, onu almaq üçün nə dirhəmə və nə də ondan artığına rəğbət etməzdin.
O sənədi belə yazardım: Bu, o evdir ki, xar bəndə köçməkdə olan ölüdən satın almışdır. Bu ev - qürur evidir ki, məhv olanların məhəlləsində, həlak olanların küçəsində qərar tutur. Bu ev dörd cəhətlə sonlanır:
- Bir tərəfi bəlalarla.
- İkinci tərəfi müsibətlərlə.
- Üçüncü tərəfi süst edən hava və nəfsani istəklərlə.
- Dördüncü tərəfi yoldan azdıran şeytanla xətm olunar".