Qeydiyyat

Həsədin acısını hiss etməyənlər

439


Sultanın sarayında xidmət edən bir cavan var idi ki, hamı ona həsəd aparırdı. Yaşının az olmasına baxmayaraq, onun üzündən və əxlaqından alicənablıq yağırdı.

Bu ağıllı cavan sultanın da diqqətini özünə cəlb etmişdi. Buna görə də ətrafında olanların həsədi daha da artmışdı.
Onlar cavana töhmət vurub, onu aradan aparmağa çalışırdılar. Ancaq gənc çox mehriban və ağıllı olduğu üçün, onların bu fitnələri faydasız qalırdı.

Bir gün şah ondan soruşur ki, niyə səninlə bu qədər düşmənçilik edirlər?
Cavan deyir: "Mən sənin dövlətinin sayəsində hamını razı salmışam, məgər həsəd aparanlardan başqa. Onlar məndə olan neməti məhv etmək istəyirlər. Həsəd aparanların əziyyətindən qorxmaq lazım deyildir.
Çünki əgər yarasanın günəşi görməyə ləyaqəti yoxdursa da belə, günəşin şüasından axı bir şeyi əskildə bilməz".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: