Qeydiyyat

Salavat vasitəsilə böyük var-dövlətə malik olan cavan

468


Bəni-İsrayildə bir nəfər öldürülür. Onun qatili məlum olmur. Allah Təala vəhy göndərir ki, xüsusi sifətlərə malik olan inəyi kəssinlər və əzalardan birini həmin ölüyə sürtsünlər. Həmin inək də Bəni-İsrayilin cavanlarından biri idi ki, Allah bu cavana salavatı təlim verir.

Həmin cavan yuxuda görür ki, ona inəyini satmamaq üçün əmr edilir, məgər anasının icazəsi ilə satıla bilər. Həmin cavan yuxudan qalxır. Bəni-İsrayil gəlir ki, həmin inəyi ondan satın alsınlar. Cavanın anası deyir: "Gərək bu inəyin dərisini qızılla doldurasınız ki, onu sizə satım". Onlar razı oldular və inəyi aldılar. Sonra onu kəsib, əzalarından birini ölüyə sürtdülər. Həmin ölü dirilir, xəbər verir ki, qatili əmisi oğludur.

Bəni-İsrayil deyir: "Bilmirik ki, hansı daha qəribədir: bu cavanın dirilməsi, yoxsa bu cavanın varlanması".

Allah Təala Həzrət Musaya (ə) vəhy edir: "Bəni-İsrayilə de ki, əgər dünya həyatlarının yaxşı keçməsini və axirətdə də behiştin onlara nəsib olmasını istəyirsinizsə, o zikri deyin ki, bu cavan ona təvəssül etmişdi. Bu, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərməkdir".

Həmin cavan Musaya (ə) deyir: "Mən bu malımı düşmənlərin və həsəd aparanların şərindən necə qoruyum?

Həzrət Musa (ə) deyir: "Malın üçün Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər ki, Allah hər bir düşmən və həsəd aparanın zərərini səndən dəf etsin".

Bəni-İsrayil Həzrət Musanın (ə) yanına gəlir və deyir: "Biz bütün malımızı bu cavana bağışlamışıq. Dua et ki, Allah bizə də geniş ruzi inayət etsin".

Həzrət Musa (ə) deyir: "Siz də Əhli-beytin (ə) müqəddəs ruhuna təvəssül edin və Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərin". Onlar da belə etdilər.
Allah Təala Həzrət Musaya (ə) vəhy göndərir: "Filan xarabada minlərlə qızıl vardır, onu aranızda bölün". Bu mal Peyğəmbərə (s) göndərilən salavata görə hasil olur.
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: