Qeydiyyat

Görmək nədir, baxmaq nə?

457


Əgər baxmaq sözü ilə görmək sözünə lüğət mənasında nəzər salsaq, görərik ki, eyni mənanı verir. Ancaq əgər bu sözlərin terminoloji mənası haqqında düşünsək, görərik ki, heç də belə deyildir. Baxmaq odur ki, insan ətrafında olanları göz üzvü ilə müşahidə edər və onların həqiqətinə və necəliyinə çox da diqqət etməz.

Ancaq görmək odur ki, insan baxdığı əşyanı incələyər, onu göz üzvü ilə yanaşı, qəlbi üzvü ilə də müşahidə edər. Onun varlığını, həqiqətini dərk etməyə çalışır. Bu zaman ancaq gözü deyil, qəlbi və zehni də fəaliyyətə düşər. Görmək - həmin əşya haqqında ona bilmədiyi çox şeyləri xəbər verər.

Dinimiz ona görə də baxmaqdan çox, görməyi tövsiyə edir. Əlbəttə ki, halal baxışlardan söhbət gedir. Buyurur ki, ətrafında olan hər bir neməti görməyə çalış. Onun Kim tərəfindən sənə verildiyini dərk et, onun nə qədər fövqəladə olduğunu anla. Bil ki, bu cür şeyləri yaratmaq insana məxsus deyildir, əslində daha ali bir qüvvə tərəfindən xəlq edilmişdir.

Bir şagird xatirələrində yazır: "Bir müəllimim var idi ki, bir gün öz saatını çıxardıb mənim əlimə taxdı. Bu saat vaxtla yanaşı, tarixi də göstərirdi. Müəllim məndən soruşdu: "Bu gün ayın neçəsidir?". Dedim: "11-i". Sonra müəllim saatı məndən geri aldı və soruşdu: "Bəs saat neçə idi?". Mən bir qədər susdum və dedim ki, saatı görmədim. Sadəcə tarixə nəzər saldım".

Bəli, bu, baxmaqdır, görmək deyildir. Əgər həmin şagird görməyi bacarsaydı, o zaman həm tarixin və həm də vaxtın neçə olduğunu dəqiq bilərdi.

Ona görədir ki, Allah Təala Quranda insanları tərəfəkkürə və dərk qüvvəsindən istifadə etməyə dəvət edir. Bunun səbəbi də odur ki, Allah Təala istəyir ki, bəndələri məhz bu yolla, nemətlərini bəsirət gözü ilə görərək, Onun qüdrətini dərk etsinlər və Ona itaətkar olsunlar.

"(Ona deyiləcəkdir:) Həqiqətən sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən)". ("Qaf" 22).

Allah Təala bizləri agahlardan qərar versin!
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: