Qeydiyyat

Namazda niyə diqqətimiz dağınıq olur?

489


Həzrət Peyğəmbər (s) buyurur: "Allah gözümün nurunu namazda qərar vermişdir".

Həzrətin (s) buyurduğundan belə nəticə çıxartmaq olar ki, insan bu mühüm İlahi vacibat vasitəsilə mənəvi nura boyana bilər. Namazı günəşə bənzətmək olar ki, öz nuru ilə varlığımızın səmasını nurani edir və batini məmləkətimizə səfa bəxş edir.

Bəli, namaz - müalicəsi olmayan ruhi xəstəliklərin tək dərmanıdır.

Ancaq çox təəssüf ki, bəziləri üçün namaz insana rahatlıq gətirmək əvəzinə, əksinə - sanki hüzuru və rahatlığı ondan alar. Nəticədə bizi narahat və pərişan edər.

Bizim bu narahatlıqlarımızın səbəbi budur ki, biz namaz zamanı aşiqcəsinə və qəlb hüzuru ilə namaz qılmaq istəyirik. Elə bir namaz ki, can halqamızı İlahi məhəbbət dənizinə qovuşduraq və eşqlə dolu ürəklə Allahın qarşısında hazır olaq.

Ancaq çox təəssüf ki, diqqətimiz dağılır və istədiyimiz hüzuru əldə edə bilmirik.

Əslində namaz açılmaqda olan qönçədir və əgər gül olmaq istəyirsə, gərək qarşısında olan maneələr aradan qalxsın ki, öz gözəl ətri ilə ruhumuzu oxşasın.

Bəs diqqətimizi dağıdan amillər hansılardır?

1. Dünyaya ürək bağlamaq. Namazda diqqətimizin dağılmasına səbəb olan mühüm amillərdən biri - dünyaya bağlı olub, onun əsiri olmaqdır.

Biz namaz qılan zaman gərək dünyadan qırılaq və qəlbimizi ancaq Allahın ixtiyarına qoyaq. İmam Sadiq (ə) buyurur: "Namazda olan zaman dünya və onda olanlardan məyus ol və bütün hədəfin, diqqətin Allahda olsun. O günü yada sal ki, İlahi ədalət qarşısında qərar tutarsan".

Dünya oyun-oyuncaqdan başqa bir şey deyildir. Biz gərək ayıq olaq ki, dünya bizi oynatmasın. Naz və işvəsi ilə bizi məşğul etməsin.

2. Günah. Diqqətimizi dağıdan başqa bir amil - günaha batmağımızdır. Günahkar insanın fikri günahı ilə məşğul olar. Halbuki, namaz elə bir şeydir ki, insan diqqətini toplayıb sonra onu qılmalıdır.

İnsan adətən o şeyə diqqət edir ki, ona daha yaxındır və onu yaxşı tanıyır. Günah bu yaxınlığı aradan qaldırar və ibadətin ləzzətini aparar.

İmam Sadiq (ə) buyurur: "Atam buyurmuşdur: "Heç bir şey günah kimi qəlbi xarab etməz, çünki qəlb davamlı olaraq günaha batır və o yerə qədər ki, günah qəlbə hakim olur. Qəlbi alt-üst edir"".

Günahkar insan qəlbinin alt-üst olması nəicəsində İlahi rəhmət dənizindən nəsibsiz qalar və nəticədə ibadətdən ləzzət almaz.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: