"Nun. And olsun qələmə və qələmə alınanlara! Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır. Həqiqətən də, sən böyük əxlaq sahibisən! Sən də görəcəksən, onlar da - hansınızın dəli olduğunu. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır"
Allah bu ayədə ayrıca Peyğəmbərimiz (s) üçün aramsız bir mükafat olduğunu bildirmişdir. Bu həzrəti Məhəmmədin daim gözəl əxlaq göstərdiyini, təqvadan heç bir zaman ayrılmadığını göstərən bir nümunədir.
Peyğəmbərimizin "İmanın kamalı gözəl əxlaqladır" sözləriylə ifadə etdiyi kimi, imanın ən əhəmiyyətli əlamətlərindən biri gözəl əxlaqdır. Bu səbəblə gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və tətbiq etmək əhəmiyyətli bir ibadətdir.
Digər bir ayədə açıq aşkar buyurulur ki, müsəlmanların peyğəmbərin ətrafında sıx birləşməsinin səbəblərindən biri onun əxlaqlı olması və daşürəkli olmamasıdır
Həzrəti Peyğəmbəri İmam Əlidən gözəl tanıyan olmaz.
İmam buyurur:
"Peyğəmbər insanların ən əliaçığı, ən şücaətlisi, ən vəfalı (əhdə vəfa və sözə əməl etmək), ən doğrusu, ən yumşaq rəftarlısi idi. Onu birinci dəfə görən ( bütpərəstlərin onun barəsində yaydıqları şayiələrə görə) ondan uzaqlaşardı. Lakin onu azacıq tanıyan adam ona çox məhəbbət bəsləyərdi. Ondan öncə və sonra onun kimisini görmədirm".