Qeydiyyat

Yaxşıların ən yaxşısı nədir?

606


Ərlə arvad özlərinin və övladlarının səadətinə görə, Qurani-Məciddə və bir çox hədislərdə işarə olunan silsilə əxlaqi məsələlərə riayət etsələr, çox yaxşı olar. Gözəl əxlaqa riayət etmək və çirkin əxlaqdan çəkinmək heç də çətin bir əməl deyildir.

Əxlaqi həqiqətləri işə salmaq və qısa bir müddətdə əxlaqi pisliklərdən çəkinmək - dözə bilənən bir pərhizdir. Gözəl əxlaq bu İlahi yolçuluğa çıxmağı insan üçün asan edər, qadın-kişi münasibətlərini möhkəm edər, bir-birinə sevgisini gücləndirər və xüsusilə övladları üçün əməli bir dərs olar.

Bir-birinə qarşı əxlaqi həqiqətləri həyata keçirtmək nəticəsində ailədə səmimiyyət, səfa, paklıq, rahatlıq, təhlükəsizlik, eşq və məhəbbət olan bir fəza əmələ gələr və həyatın bütün sahələrini ərlə arvad üçün baldan da şirin edər.

Gözəl əxlaqla bəzənmək və onu həyata keçirtmək haqqında Allah Təala Qurani-Məcidin bir çox ayələrində Böyük Peyğəmbəri (s) mədh etmişdir.

"Xoş xasiyyət və mehribanlıq Allahın insanlara rəhmətinin cilvəsidir. Əgər tünd xasiyyət və daşürəkli olsan, insanlar sənin ətrafından parakəndə olarlar". "Həqiqətən sən əzim və böyük əxlaqla bəzənmisən".

Rəsuli-Əkrəm (s) buyurub: "İslam - gözəl əxlaqdır".

Həzrət İmam Həsən Müctaba (ə) buyurur: "Yaxşıların yaxşısı - gözəl əxlaqdır".

Rəsuli-İlahi (s) buyurur: "Dünya və axirətin xeyri gözəl əxlaqla bir yerdədir".

İmam Əli (ə) buyurub: "Gözəl əxlaq bütün yaxşılıqların başıdır".

İmam Cəfər Sadiq (ə) buyurub: "Həyat və eyş-işrət, gözəl əxlaqdan ləzzətli deyildir".

Rəsulallah (s) buyurur: "O kəsin ki, əxlaqı gözəldir, Allah onu oruc tutanın məqamına və gecənin qaranlığında ibadət edənlərin qayiminə çatdırar".

O Həzrət (s) həmçinin buyurur: "Qiyamət günü bəndənin tərəzisinə qoyulan ilk şey onun gözəl əxlaqıdır".

O Həzrət (s) yenə buyurur: "Mənim yanımda sizlərin ən sevimlisi və mənə Qiyamət günü ən yaxını - sizlərin ən xoş əxlaqlısı və o kəslərdir ki, güclü təvazokarlığa malikdirlər".

Peyğəmbər (s) Əmirəl-Mömininə (ə) deyir: "Sənə mənim əxlaqıma bənzəyənlər haqqında xəbər verim?".

Buyurdu: "Bəli".

Cavab verdi: "Sizlərin xoş əxlaqlıları - sizlərin səbir edənləriniz, yaxınlarına yaxşılıq edənləriniz və başqalarına qarşı daha çox insaflı olanlarınızdır".

Alicənab əxlaq və gözəl xüsusiyyət o qədər dəyərli və ucadır ki, Rəsulullah (s) onu besətinin səbəbi adlandırmışdır: "Bundan başqa bir şey üçün məbus olmamışam ki, gözəl əxlaqı kamil edəm".

Alicənab və gözəl əxlaq Haqqın şüarı, Peyğəmbərlərin və İmamların (ə) xüsusiyyətləri, ona sahib olanlara isə xeyr və bərəkət gətirər. Pis əxlaq isə iblisin və şeytanın xüsusiyyətlərindəndir, acı həyatın səbəbi və təhlükəyə səbəb olan amil, insanların bir-birindən ayrı düşməsi və təfriqəsinə səbəb olan vasitə, dünya və axirətin xarab olması deməkdir.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: