Qeydiyyat

İnsanın əcəli dəyişə bilərmi?

486


Allah-təala keçmişdən gələcəyə bütün olanları və olacaqları öz əzəli elmi və hikməti ilə təqdir etmişdir (öz ölçüsündə müəyyən etmişdir).

Buna "qədər" deyirlər. Hər şey Allahın hüzurunda qeydə alınır. Qədər iki kitabda yazılır. Bunlardan biri "lövhi-məhfuz" (qorunan, dəyişməz lövhə) adlanır.

Bu kitabda yazılanlar pozulmaz və dəyişməz. Amma başqa bir kitab da var ki, buna "lövhi-məhv vəl-isbat" (pozulma və qeyd olunma lövhəsi) deyirlər.

Burada yazılanlar bəzi səbəblər üzündən Allahın məsləhəti əsasında dəyişilə bilər. Bu dəyişikliyə dini terminologiyada "bəda" deyilir. Bəda bir çox hallarda bəndələrin dualarına və əməllərinə əsasən baş verir.

Məsələn, İslam müqəddəslərinin hədislərində dəfələrlə buyurulub ki, sədəqə vermək, ata-anaya yaxşılıq etmək, qohumlarla rabitə saxlamaq ömrü uzadar.

Günahlar isə ömrü qısaldar və ölümü yaxınlaşdırar. Buna görə də insanın öz duası və əməlləri əsasında, eləcə də, başqalarının duası nəticəsində əcəl yaxınlaşa və ya uzaqlaşa bilər.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: